ამბები ჩვენზე

  • Placeholder image

    İdeyalar müsabiqəsi haqqında daha çox

    orbelianimeti.ge Gürcüstanda 2015-ci ildə yaradılmış ilk kütləvi maliyyələşdirmə platformasıdır. Platformanın məqsədi sosial layihələrin həyata keçirilməsini dəstəkləmək, maraqlı layihələr həyata keçirmək, öz şəhərini və ya bölgəsini dəyişmək və ya daha yaxşı etmək məsuliyyəti və arzusu olan insanlara kömək etmək və onları həvəsləndirməkdir. Həmçinin, Gürcüstanda kraudfandinq mədəniyyətini tətbiq etməkdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir. Orbeliani Meti platformasında “ideyalar müsabiqəsi” davam edir . Bu isə o deməkdir ki, hər bir Gürcüstan vətəndaşı konkret mövzuya və ya cəmiyyətin rifahına yönəlmiş öz təşəbbüsünü göndərə bilər. “İdeyalar müsabiqəsi” 2020-ci ildən USAI D-in Vətəndaş Cəmiyyətinin Məşğulluq Proqramı çərçivəsində keçirilir və çalışır ki, gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara və ya sadə vətəndaşlara öz layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti əldə etməyə birgə maliyyələşdirmə prinsipi ilə kömək etsin. İdeya müəllifləri platforma vasitəsilə layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə “Orbeliani Metinin” donor təşkilatı tərəfindən qarşılanır. Onlar 2 ay ərzində platformada kraudfandinq kampaniyası keçirə və yad adamların köməyi ilə öz təşəbbüslərini reallaşdıra biləcəklər.

  • Placeholder image

    “İstəyirəm ki, qocalanda mənim də qayğıma qalsınlar…”

    Tako Bakraze Orbeliani Meti platformasının “ideyalar müsabiqəsinin” qaliblərindən biridir və onun ideyası belədir – “Martkopili yaşlılara saysız keramika dərsi hədiyyə et”. Yaşlıların keramika sənətini öyrənmək imkanını reallığa çevirmək üçün o, ailəsi ilə birlikdə Martkopidə məskunlaşdı və yaşlılara realizasiya imkanı verən studiya yaratdı. Tako təşəbbüsünün cəmiyyətə gətirəcəyi dəyişiklikləri bizimlə bölüşür: “Orbeliani Metinin köməyi 70% birgə maliyyələşdirmədən deyil, ideyamızın gün işığı görməsi və bir çox insanın ürəyinə toxunması üçün videoçarx çəkmək hazırlığından başlayır. “Ulevi” keramika videosu sosial şəbəkəyə qoyduqdan sonra, 24 saat ərzində istənilən süni müdaxilə və maliyyələşdirilmiş reklam olmadan 279 paylaşım oldu. Baxmayaraq ki, ideyamıza inanırıq və 60 yaşdan yuxarı insanların cəmiyyətə qaytarılması və onların illər ərzində topladığı təcrübənin səmərəli istifadə olunmasını nəzərdə tutan sosial məsuliyyəti dərk etmişdik, yenə də insanların reaksiyası bizi təəccübləndirdi. Bu xoş təəccüb idi. Bu ölkəmizdə yaşlıların sosiallaşması probleminin necə kəskin olduğunu və bu problemi həll etmək üçün tezliklə hərəkətə keçməyin necə lazım olduğunu daha da aydın göstərdi. Martkopidə yaşlılara “ulevi” keramika dərsi keçmək üçün ianə edən bir xanım bizə bir ifadə yazdı: “istəyirəm ki, qocalığımda mənim də qayğıma qalsınlar”… Bu ifadə bizim üçün başlanğıc nöqtəsi oldu. Bununla biz sağlam cəmiyyətin təməlinin bir-birimizə qayğı göstərmək olduğunu anladıq. İanəçilərdən aldığımız hər bir ianə  Markopinin on yaşlısını mehriban və yaş stereotipindən azad bir məkandan həzz almağa, yeni hobbi inkişaf etdirməyə və həzz aldığı işdən gəlir mənbəyi əldə etməyə bir addım yaxınlaşdırır.Yaşlılıqlarının sağlamlığına və müxtəlifliyinə öz töhfələrini verən insanların cəlb edilməsi o qədər vacibdir ki,  biz əminik, gələcəkdə daha çox yaşlıları cəmiyyətə qaytarmaq üçün daha çox sənət məktəbləri aça biləcəyik.” Takonun ideyası haqqında daha çox öyrən!

  • Placeholder image

    CROWDFUNDING nədir?

    Kütləvi maliyyələşdirmə eyniylə Crowdfunding insanlara öz ideyalarını reallığa çevirməyə, layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə əldə etməyə kömək edən prinsipdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir! Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Crowdfunding cəmiyyətə xeyir gətirəcək ideyanızla mümkün qədər çox insanın maraqlanmasına imkan verir. Kütləvi maliyyələşdirmənin bir neçə növü mövcuddur: ianəyə əsaslanan kütləvi maliyyələşdirmə layihəniz üçün dəstəkçilərdən ianə toplamağı nəzərdə tutur. Həvəsləndirməyə əsalanan kraudfandinq zamanı layihə müəllifi ianəçiyə təşəkkür etmək üçün simvolik hədiyyə bağışlayır. Paya əsaslanan kütləvi maliyyələşdirmə zamanı ianəçi göstərdiyi dəstəyin əvəzində şirkətdən müəyyən faiz alır.Və nəhayət, layihə müəllifinin müəyyən müddətdən sonra ianəni geri qaytarmağı öhdəsinə götürdüyü kreditə əsaslanan maliyyələşdirmə. Seçdiyiniz kraudfandinq növü layihənizin ehtiyaclarından asılıdır. Əgər reallığa çevirmək istədiyin ideyan varsa və ya dəyərli bir şeyin hissəsi olmaq və ianə ilə hansısa regionu gücləndirmək istəyirsənsə, kütləvi maliyyələşdirmə platforması məhz bu imkanları təmin edir!

  • Placeholder image

    İdeyalar müsabiqəsi – dəyişikliklərə doğru addım

    Kəndinin və ya şəhərinin problemləri səni narahat edir? İcmanın həyatını yaxşılığa doğru dəyişmək istəyirsən? Əgər vaxtın, enerjin, yaradıcılığın və ideyan varsa, blogger, İT mütəxəssisi, memar, tələbə, müəllim, jurnalist, dövlət qulluqçusu, rəssam, dizayner, sahibkar və ya sadəcə fəal vətəndaşsansa,icmanın, kəndinin, şəhərinin, rayonun küçələrinin, məktəbin, bağçanın, parkın, gənclərin həyatının necə dəyişdiyini görmək üçün səbrlə gözləmək istəmirsənsə, o zaman icmanın həyatını yaxşılığa doğru sən dəyiş! “Orbelianinin” ideyalar müsabiqəsi dəyişikliklərə doğru atılan bir addımdır! İdeyanı platformamızda təqdim et –  icmanda/kəndində/şəhərində nəyi dəyişmək istəyirsən. İştirak etdikdən sonra: İdeyan müsabiqənin münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək; Qalib olsan ideyan üçün maliyyə alacaqsan! Sənaye mütəxəssisləri və tərəfdaşlarının köməyi ilə ideyanı inkişaf etdirəcəksən; Advokatlaşdırma və icma səfərbərliyi təlimlərində iştirak edəcək və digər fəallarla tanış olacaqsan; İdeya reallaşarsa, uğurunu digər startap layihəsi müəllifləri ilə bölüşə biləcəksən!   Ekologiya, yaşıllaşdırma, nəqliyyat və mobillik, təhsil və gənclərin məşğulluğu, məkan inkişafı və ya mədəniyyət. Sənin ideyan hansına toxunur? Gürcüstan miqyasında hər kəs, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər. İdeyaları təqdim etmək platformada qeydiyyatdan keçdikdən sonra mümkündür. Verilmiş feysbuk səhifəsində müsabiqə haqqında daha çox məlumat axtara bilərsiniz– Orbeliani Meti • ორბელიანი მეტი Əlavə məlumat əldə etmək üçün feysbuk və ya verilmiş el-poçt ünvanımıza yaza bilərsiniz– info@orbelianimeti.ge

გაეცანი იდეებს მეტი ჩვენზე ამბები

ENG | ARM | GEO | AZ

Orbeliani Meti platformasında ideyalar müsabiqəsi başladı!

September 14, 2023
Orbeliani Meti platformasında ideyalar müsabiqəsi başladı!

Əgər cəmiyyətinizə müsbət dəyişiklik gətirən ideyanız və ya başqalarının həyatında real dəyişiklik yarada biləcək sosial təşəbbüsünüz varsa, hərəkətə keçməyin və öz baxışınızı bizimlə bölüşməyin vaxtıdır!

Bütün Gürcüstan miqyasında, hamı, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər.

Platformamızda qeydiyyatdan keçin, ideyanızı sentyabrın 10-dək təqdim edin, layihənizin məzmununu ətraflı təsvir edin və onu həyata keçirmək üçün sizə lazım olan hədəf məbləği müəyyənləşdirin. İdeyanız seçim mərhələsindən keçdikdən sonra o, Orbelian Meti platformasında yerləşdiriləcək və burada kraudfandinq prosesi başlayacaq.

Biz inanırıq ki, hər bir ideya əhəmiyyətlidir və birlikdə #dahaçox dəyişiklik üçün #dahaçox imkan yarada bilərik!

Məhz buna görə də, bu gün Orbellian Metinin ideyalar müsabiqəsinə qoşulun və dünyanı daha yaxşı  yerə çevirməyi hədəfləyən hərəkatın bir hissəsi olun. Biz birlikdə müsbət dəyişikliklər dalğası yarada bilərik.

მოგეწონა სტატია?

გააზიარე სოციალურ პლატფორმებზე