ამბები ჩვენზე

  • Placeholder image

    İdeyalar müsabiqəsi haqqında daha çox

    orbelianimeti.ge Gürcüstanda 2015-ci ildə yaradılmış ilk kütləvi maliyyələşdirmə platformasıdır. Platformanın məqsədi sosial layihələrin həyata keçirilməsini dəstəkləmək, maraqlı layihələr həyata keçirmək, öz şəhərini və ya bölgəsini dəyişmək və ya daha yaxşı etmək məsuliyyəti və arzusu olan insanlara kömək etmək və onları həvəsləndirməkdir. Həmçinin, Gürcüstanda kraudfandinq mədəniyyətini tətbiq etməkdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir. Orbeliani Meti platformasında “ideyalar müsabiqəsi” davam edir . Bu isə o deməkdir ki, hər bir Gürcüstan vətəndaşı konkret mövzuya və ya cəmiyyətin rifahına yönəlmiş öz təşəbbüsünü göndərə bilər. “İdeyalar müsabiqəsi” 2020-ci ildən USAI D-in Vətəndaş Cəmiyyətinin Məşğulluq Proqramı çərçivəsində keçirilir və çalışır ki, gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara və ya sadə vətəndaşlara öz layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti əldə etməyə birgə maliyyələşdirmə prinsipi ilə kömək etsin. İdeya müəllifləri platforma vasitəsilə layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə “Orbeliani Metinin” donor təşkilatı tərəfindən qarşılanır. Onlar 2 ay ərzində platformada kraudfandinq kampaniyası keçirə və yad adamların köməyi ilə öz təşəbbüslərini reallaşdıra biləcəklər.

  • Placeholder image

    “İstəyirəm ki, qocalanda mənim də qayğıma qalsınlar…”

    Tako Bakraze Orbeliani Meti platformasının “ideyalar müsabiqəsinin” qaliblərindən biridir və onun ideyası belədir – “Martkopili yaşlılara saysız keramika dərsi hədiyyə et”. Yaşlıların keramika sənətini öyrənmək imkanını reallığa çevirmək üçün o, ailəsi ilə birlikdə Martkopidə məskunlaşdı və yaşlılara realizasiya imkanı verən studiya yaratdı. Tako təşəbbüsünün cəmiyyətə gətirəcəyi dəyişiklikləri bizimlə bölüşür: “Orbeliani Metinin köməyi 70% birgə maliyyələşdirmədən deyil, ideyamızın gün işığı görməsi və bir çox insanın ürəyinə toxunması üçün videoçarx çəkmək hazırlığından başlayır. “Ulevi” keramika videosu sosial şəbəkəyə qoyduqdan sonra, 24 saat ərzində istənilən süni müdaxilə və maliyyələşdirilmiş reklam olmadan 279 paylaşım oldu. Baxmayaraq ki, ideyamıza inanırıq və 60 yaşdan yuxarı insanların cəmiyyətə qaytarılması və onların illər ərzində topladığı təcrübənin səmərəli istifadə olunmasını nəzərdə tutan sosial məsuliyyəti dərk etmişdik, yenə də insanların reaksiyası bizi təəccübləndirdi. Bu xoş təəccüb idi. Bu ölkəmizdə yaşlıların sosiallaşması probleminin necə kəskin olduğunu və bu problemi həll etmək üçün tezliklə hərəkətə keçməyin necə lazım olduğunu daha da aydın göstərdi. Martkopidə yaşlılara “ulevi” keramika dərsi keçmək üçün ianə edən bir xanım bizə bir ifadə yazdı: “istəyirəm ki, qocalığımda mənim də qayğıma qalsınlar”… Bu ifadə bizim üçün başlanğıc nöqtəsi oldu. Bununla biz sağlam cəmiyyətin təməlinin bir-birimizə qayğı göstərmək olduğunu anladıq. İanəçilərdən aldığımız hər bir ianə  Markopinin on yaşlısını mehriban və yaş stereotipindən azad bir məkandan həzz almağa, yeni hobbi inkişaf etdirməyə və həzz aldığı işdən gəlir mənbəyi əldə etməyə bir addım yaxınlaşdırır.Yaşlılıqlarının sağlamlığına və müxtəlifliyinə öz töhfələrini verən insanların cəlb edilməsi o qədər vacibdir ki,  biz əminik, gələcəkdə daha çox yaşlıları cəmiyyətə qaytarmaq üçün daha çox sənət məktəbləri aça biləcəyik.” Takonun ideyası haqqında daha çox öyrən!

  • Placeholder image

    CROWDFUNDING nədir?

    Kütləvi maliyyələşdirmə eyniylə Crowdfunding insanlara öz ideyalarını reallığa çevirməyə, layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə əldə etməyə kömək edən prinsipdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir! Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Crowdfunding cəmiyyətə xeyir gətirəcək ideyanızla mümkün qədər çox insanın maraqlanmasına imkan verir. Kütləvi maliyyələşdirmənin bir neçə növü mövcuddur: ianəyə əsaslanan kütləvi maliyyələşdirmə layihəniz üçün dəstəkçilərdən ianə toplamağı nəzərdə tutur. Həvəsləndirməyə əsalanan kraudfandinq zamanı layihə müəllifi ianəçiyə təşəkkür etmək üçün simvolik hədiyyə bağışlayır. Paya əsaslanan kütləvi maliyyələşdirmə zamanı ianəçi göstərdiyi dəstəyin əvəzində şirkətdən müəyyən faiz alır.Və nəhayət, layihə müəllifinin müəyyən müddətdən sonra ianəni geri qaytarmağı öhdəsinə götürdüyü kreditə əsaslanan maliyyələşdirmə. Seçdiyiniz kraudfandinq növü layihənizin ehtiyaclarından asılıdır. Əgər reallığa çevirmək istədiyin ideyan varsa və ya dəyərli bir şeyin hissəsi olmaq və ianə ilə hansısa regionu gücləndirmək istəyirsənsə, kütləvi maliyyələşdirmə platforması məhz bu imkanları təmin edir!

  • Placeholder image

    İdeyalar müsabiqəsi – dəyişikliklərə doğru addım

    Kəndinin və ya şəhərinin problemləri səni narahat edir? İcmanın həyatını yaxşılığa doğru dəyişmək istəyirsən? Əgər vaxtın, enerjin, yaradıcılığın və ideyan varsa, blogger, İT mütəxəssisi, memar, tələbə, müəllim, jurnalist, dövlət qulluqçusu, rəssam, dizayner, sahibkar və ya sadəcə fəal vətəndaşsansa,icmanın, kəndinin, şəhərinin, rayonun küçələrinin, məktəbin, bağçanın, parkın, gənclərin həyatının necə dəyişdiyini görmək üçün səbrlə gözləmək istəmirsənsə, o zaman icmanın həyatını yaxşılığa doğru sən dəyiş! “Orbelianinin” ideyalar müsabiqəsi dəyişikliklərə doğru atılan bir addımdır! İdeyanı platformamızda təqdim et –  icmanda/kəndində/şəhərində nəyi dəyişmək istəyirsən. İştirak etdikdən sonra: İdeyan müsabiqənin münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək; Qalib olsan ideyan üçün maliyyə alacaqsan! Sənaye mütəxəssisləri və tərəfdaşlarının köməyi ilə ideyanı inkişaf etdirəcəksən; Advokatlaşdırma və icma səfərbərliyi təlimlərində iştirak edəcək və digər fəallarla tanış olacaqsan; İdeya reallaşarsa, uğurunu digər startap layihəsi müəllifləri ilə bölüşə biləcəksən!   Ekologiya, yaşıllaşdırma, nəqliyyat və mobillik, təhsil və gənclərin məşğulluğu, məkan inkişafı və ya mədəniyyət. Sənin ideyan hansına toxunur? Gürcüstan miqyasında hər kəs, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər. İdeyaları təqdim etmək platformada qeydiyyatdan keçdikdən sonra mümkündür. Verilmiş feysbuk səhifəsində müsabiqə haqqında daha çox məlumat axtara bilərsiniz– Orbeliani Meti • ორბელიანი მეტი Əlavə məlumat əldə etmək üçün feysbuk və ya verilmiş el-poçt ünvanımıza yaza bilərsiniz– info@orbelianimeti.ge

გაეცანი იდეებს მეტი ჩვენზე
ამბები

ENG | ARM | GEO | AZ

Tez-tez verilən suallar

  • İdeya müəllifləri üçün
  • Tərəfdarlar üçün
  • Daha ətraflı məlumat üçün
Platforma necə işləyir?

Orbeliani Meti platformasında qeydiyyatdan keçin. İdeyanızı yükləyin, layihənin məqsədini, tələb olunan məbləği qeyd edin və bizə göndərin. İanə müqabilində dəstəkçilərə “hədiyyə” təklif edə bilərsiniz. “Hədiyyəni” müəyyən etmək sizdən asılıdır. Hər bir təşəbbüs seçim mərhələsindən keçəcək, layihənin maliyyə hissəsi və davamlılığı yoxlanılacaq. Bundan sonra komissiyanın seçdiyi ideyalar platformada dərc olunacaq və insanlara layihənizlə tanış olmaq və arzu edərlərsə, ideyanın həyata keçirilməsi üçün ianə vermək imkanı yaradılacaq. “Orbeliani Meti” ideyanızı geniş ictimaiyyətə təqdim edəcək, ancaq layihə ideyası üçün tərəfdarları siz cəlb etməlisiniz. Layihə uğurlu olarsa və hədəf məbləğ toplanarsa, ianə layihəyə cavabdeh olan şəxsin hesabına köçürüləcək.

İdeyalar necə qiymətləndirilir?

İdeyaları qiymətləndirərkən əsas meyar kimi sosial məsuliyyət və davamlılıq götürülür. Əsas diqqət sosial təsir dərəcəsinə və ideyanın innovativ yanaşmalardan istifadə edərək mühüm sosial problemləri həll edə bilmə dərəcəsinə yönəlir. Orbeliani Meti platforması öz icmasında, qəsəbəsində, kəndində və ya cəmiyyətində müsbət dəyişiklik etmək istəyən hər kəs üçün açıqdır. Bu  dəyişikliklər dostların səfərbərliyi ilə məhəllələri yaşıllaşdırmaq, kənd kitabxanası yaratmaq, tıxacları aradan qaldırmaq üçün proqram hazırlamaq, regional muzeyləri təmir etmək, gənclər üçün yerlər yaratmaq və ya məktəbləri enerjiyə qənaət edən binalara çevirmək ola bilər. Qiymətləndirmə prosesində müxtəliflik və innovasiyaya, eyni zamanda davamlı və uzunmüddətli təsir yarada biləcək ideyalara.üstünlük verilir.

İanəni necə alım?

İanə əldə etmək üçün siz sosial media, TV yayımları və digər fəaliyyətlər vasitəsilə ideyanızı maksimal şəkildə göstərməlisiniz. Cəzb edən hekayələri, vizualları və xəbərləri müntəzəm olaraq paylaşmaq üçün sosial media platformalarından istifadə edin. İdeyanızı müvafiq televiziya şoularında və ya media platformalarında nümayiş etdirmək üçün imkanlar axtarın. Tədbirlərdə və icma yığıncaqlarında iştirak edin, yerli biznes və təşkilatlarla tərəfdaş olun. Potensial donorları cəlb etmək və dəstək almaq şansını artırmaq üçün ideyanızı mümkün qədər təbliğ edin.

Məqsədimə çatmasam nə olacaq?

Modifikasiya olunmuş layihəni təqdim etdikdən və mövcud maliyyə imkanları nəzərə alaraq məbləğin məqsədyönlü şəkildə xərclənəcəyini sübut etdikdən sonra toplanmış məbləği alacaqsınız.Layihənin modifikasiya olunmuş variantı məlumatlandırmaq üçün ianəçilərinizə/donorlarınıza göndəriləcək və səhifənizdə dərc olunacaq.

Kraudfandinqin mənim üçün düzgün seçim olub-olmadığını necə başa düşə bilərəm?

Əgər maraqlı, sosial və innovativ ideyanız varsa, lakin onu həyata keçirmək üçün lazımi vəsaitiniz yoxdursa, o zaman kraudfandinq sizin üçün düzgün seçimdir.

Vaxt limiti nədir?

Təqdim olunan ideyanın əvvəlcədən müəyyən edilmiş vaxt çərçivəsinə/limitinə malik olması vacibdir. Bu vaxtı özünüz təyin edirsiniz.

Birgə maliyyələşdirilmiş layihə nə deməkdir?

Özəl sektor, yerli özünüidarəetmə və/və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində “Orbeliani” vaxtaşırı olaraq bəzi təşəbbüsləri birgə maliyyələşdirə bilər.Əgər ideya müəllifi hədəf məbləğin ən azı 30 faizini platforma vasitəsilə toplaya bilsə, “Orbeliani” donor təşkilatdan əldə edilən məbləğlə qalan 70 faizini maliyyələşdirəcək. Birgə maliyyələşdirilən ideyalar xüsusi işarə ilə qeyd olunur.

Birgə maliyyələşdirmə ideya müəllifləri üçün məbləği daha uğurla  toplamağa stimul verir.Birgə maliyyələşdirilən layihələr maliyyə verən təşkilatla məsləhətləşmələr əsasında seçilir.

Hədiyyə nə deməkdir?

İanə qarşılığında təklif edilən simvolik hədiyyə. İanənin həcminə uyğun olaraq dəstəkçiyə müxtəlif hədiyyələr təklif edə bilərsiniz. Mükafat yaratdığınız məhsul (sosial müəssisə olduqda) və ya tematik olaraq ideyanızla əlaqəli hər hansı bir hədiyyə ola bilər. Həmçinin, ianəçilərinizin hər birinə təşəkkür məktubu göndərməyi unutmayın!  Hədiyyənin ianəçiyə çatdırılmasını ideya müəllifi təmin edir.”Orbeliani Meti” hədiyyənin çatdırılması və kuryer/nəqliyyat xidmətini qarşılamaq üçün məsuliyyət daşımır.

İanə minimum nə qədərdir?

Minimum ianə 1 laridir.Kraudfandinqin sirri dəstəyə səfərbər etməkdədir, ona görə də hər lari həlledici ola bilər. Bundan əlavə, bu, hər kəsə cəmiyyət üçün faydalı bir işdə iştirak etmək imkanı verir.

Layihənin birgə maliyyələşdirilməsinin maksimum məbləği nə qədərdir?

“Orbeliani Gürcüstanın” birgə maliyyələşdirilməsi üçün tələb edə biləcəyiniz maksimum məbləğ layihənin ümumi dəyərinin 70%-nə uyğun olaraq 3500 dolların lari ekvivalentidir.

Məbləği anonim olaraq yükləyə bilərəmmi?

Bəli, istədiyiniz layihəni tamamilə anonim şəkildə dəstəkləyə bilərsiniz.

Hansı ödəniş metodundan istifadə etməliyəm?

Kartınızdan istifadə edərək onlayn bank vasitəsilə pul yatıra bilərsiniz. İstənilən bank kartından istifadə edərək pul verə bilərsiniz. Xaricdən pul yatırmaq üçün PayPal-dan istifadə edə bilərsiniz.

Orbeliani Meti yatırılan vəsaitlərin təhlükəsizliyini necə təmin edir?

Orbeliani Meti kraudfandinq platformasında maliyyə əməliyyatlarının təhlükəsizliyi TBC Bank tərəfindən təmin edilir. Əməliyyatınız bu bank vasitəsilə etdiyiniz istənilən digər əməliyyat kimi təhlükəsizdir.

İanəçi ianə müqabilində nə alır?

Hər kəs üçün  fayda əsasən eynidir – ictimai fayda gətirən daha çox dəyişiklik.Lakin qeyd olunan ümumi faydadan əlavə, dəstəkləri müqabilində insanlara nə təklif edəcəkləri ideya müəlliflərindən asılı olacaq.

Mən ianəmi düzəldə və ya ləğv edə bilərəmmi?

Sözügedən əməliyyatı tamamlamazdan əvvəl məbləği tənzimləyə və ya ləğv edə bilərsiniz.

Kraydfandinqin hansı növləri mövcuddur?

Kraudfandinqin bir neçə növü var: Mükafatsız / İanəyə əsaslanan: dəstəkçiləriniz ideyanı həyata keçirmək üçün pul yükləyir və əvəzində heç nə almırlar.

Qeyri-maddi mükafat: Bu, ianə müqabilində ianəçiyə göndərdiyiniz hər hansı bir kart, ona təşəkkür videosu və ya hədiyyə ola bilər.Maddi mükafat: Bu halda, böyük investorlar gəlir və satışlardan faiz alırlar. Bu tip “kraudfandinq” filmlərin, oyunların və proqramların, musiqi albomlarının maliyyələşdirilməsi üçün istifadə olunur.

“Orbeliani Meti” layihənin həyata keçirilməsini və ianənin məqsədyönlü istifadəsini necə təmin edir?

“Orbeliani Gürcüstan” təşkilatı 8 ildən artıqdır ki, sosial təşəbbüsləri maliyyələşdirir və analoji layihələrin qiymətləndirilməsi və monitorinqində çox yaxşı təcrübəyə malikdir. Platformada ideya dərc olunmazdan əvvəl “Orbeliani” ideyanı, onun praktik tərəfini nəzərdən keçirir, lazım gəldikdə əlavə sənədlər tələb edir və yalnız bundan sonra onu platformada dərc edir. Bundan əlavə, ideya müəllifini dəstəkləmək və ianənin məqsədli istifadəsini, o cümlədən maliyyə sənədlərini yoxlamaq üçün birgə maliyyələşdirilən bütün ideyalar komandamız tərəfindən birbaşa nəzarət edilir. Həmçinin layihənin müəllifi maksimum şəffaflıq və hesabatlılığı təmin etmək üçün yekun hesabatı platformada yerləşdirməyə məcburdur. Layihə hesabatı, o cümlədən maliyyə hissəsi tələb olunarsa bütün ianəçilərə elektron poçtla göndəriləcək.

Platformanın xidmət haqqı nə qədərdir?

Gürcüstandan həyata keçirilən bank əməliyyatlarıa TBC Bankın fərdi ianəçilərdən tutulan 2% standart komissiyası tətbiq edilir ,xaricdən köçürmələr zamanı 2,5% tarifi tətbiq edilir.Qeyd olunan tamamilə bank xidmətinin komissiyasıdır.Platformanın xidmət haqqı 10% təşkil edir. Bununla siz “Orbeliani Meti” platformasının gələcəkdə daha da inkişaf etməsinə və daha çox ideyaların dəstəklənməsinə kömək edəcəksiniz.

"Orbeliani Meti" ianəni necə alır?

Orbeliani vətəndaş fəallığını təşviq etmək məqsədi ilə maliyyə tapmaq üçün müxtəlif beynəlxalq təşkilatlarla işləyir. Orbeliani Meti platforması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI Access proqramı) tərəfindən dəstəklənir. Bundan əlavə, platformanın işləməyə davam etməsi və yeni funksiyaların əlavə edilməsi üçün dəstəyiniz vacibdir.”Orbeliani Meti” İanə hesabatını platformada dərc edəcək.

Kraudfandinq nədir?

Kraudfandinq (kütləvi maliyyələşdirmə) müxtəlif təşəbbüslər, o cümlədən istehsalçılar, elmi tədqiqatlar, layihələr və ən əsası sosial ideyalar üçün vəsait toplamaq üçün innovativ üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Nə qədər çox maliyyəçinin marağını cəlb etsəniz, ideyanı həyata keçirmək üçün lazım olan pulu toplamaq ehtimalınız bir o qədər yüksəkdir. Müəyyən müddət ərzində maraqlanan maliyyəçilər pulu ideyanın müəllifinə (yaxud müəlliflər qrupuna, şirkətə) köçürürlər. Pulun miqdarını maliyyəçilər öz istəklərinə əsasən müəyyən edirlər. Kraudfanding platformalarının əksəriyyəti xeyriyyəçilik və ya qeyri-kommersiya əsasında qurulur və əsas diqqət ictimai fayda gətirən layihələrin dəstəklənməsinə yönəldilir. Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Bundan başqa, kraudfandinq layihə yaradıcılarına öz təşəbbüslərini asanlıqla yaymaq və ucuz şəkildə geniş auditoriyaya çatmaq imkanı verir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.

Məqsədimiz nədir?

Məqsədimiz öz icmasında, məhəlləsində, şəhərində və ölkəsində fərq yaratmaq istəyən fərdləri, qadınları, gəncləri, vətəndaş fəallarını, sosial sahibkarları və icma liderlərini gücləndirməklə Gürcüstanda müsbət dəyişiklikləri təşviq etməkdir. Biz başa düşürük ki, bir çox sosial təşəbbüslər, innovativ ideyalar, ixtiralar və sosial müəssisələr çox vaxt maliyyə dəstəyinin çatışmazlığından əziyyət çəkirlər. Lakin, biz qəti şəkildə inanırıq ki, ölkəmizdə cəmiyyətin yaxşılaşdırılması üçün möhkəm və faydalı ideyaları təbliğ etməyə hazır olan çoxlu sayda insan var. “Orbeliani Meti” platformasının məqsədi , məhz,  onları əlaqələndirməkdir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.

Haqqımızda

Q(Q)HŞ “Orbeliani Gürcüstan” – Bizim məqsədimiz sosial təşəbbüsləri dəstəkləməkdir ki, hər bir vətəndaş öz icmasının/cəmiyyətinin həyatını yaxşılığa doğru dəyişmək imkanı əldə etsin. Son illər ərzində “Orbeliani” onlayn platforması (app.orbeliani.net) vasitəsilə çoxlu zəruri, praktik və innovativ ideyalar beynəlxalq və donor təşkilatlar tərəfindən maliyyələşdirilib. Hər bir təşəbbüs müstəqil şəkildə yaradılır və onun arxasında ictimai rifah uğrunda mübarizədə birləşən sadə insanlar dayanır. 2015-ci ildən bu günədək Orbeliani təşəbbüslər üçün  donorların dəstəyi ilə 1.000.000 laridən çox vəsait ayırmışdır. Bu donorlar aşağıdakılardır: UNDP, SIDA, Çexiya Səfirliyi, Hollandiya Səfirliyi, EWMI Access proqramı. “Orbeliani Gürcüstan” populyarlığı artır və eyni zamanda, kiçik addımlarla ətraf mühiti yaxşılığa doğru dəyişmək istəyən motivasiyalı insanların sayı da artır, lakin beynəlxalq donorlar tərəfindən verilən maliyyə resursları həmişə kifayət etmir, ona görə də insanlara onlar üçün maraqlı olan və istədikləri ideyaları maliyyələşdirmə imkanı vermək qərarına gəldik. “Orbeliani Meti” Kraudfandinq platforması məhz buna görə yaradılmışdır. 2015-ci ildə Gürcüstanda ilk kütləvi maliyyələşdirmə platforması olan Orbelianimeti.ge yaradıldı. Orbelianimeti.ge birgə maliyyələşdirmə prinsipi ilə işləyir və gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara öz ideyalarını reallaşdırmağa, layihələrinin və sosial təşəbbüslərinin həyata keçirilməsi üçün kifayət qədər maliyyə əldə etməyə kömək edir. Platforma vasitəsilə ideya müəllifləri layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə beynəlxalq təşkilatlardan və ya özəl sektordan toplanan “Orbeliani Meti” vəsaitləri hesabına qarşılanacaq.