ამბები ჩვენზე

  • Placeholder image

    İdeyalar müsabiqəsi haqqında daha çox

    orbelianimeti.ge Gürcüstanda 2015-ci ildə yaradılmış ilk kütləvi maliyyələşdirmə platformasıdır. Platformanın məqsədi sosial layihələrin həyata keçirilməsini dəstəkləmək, maraqlı layihələr həyata keçirmək, öz şəhərini və ya bölgəsini dəyişmək və ya daha yaxşı etmək məsuliyyəti və arzusu olan insanlara kömək etmək və onları həvəsləndirməkdir. Həmçinin, Gürcüstanda kraudfandinq mədəniyyətini tətbiq etməkdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir. Orbeliani Meti platformasında “ideyalar müsabiqəsi” davam edir . Bu isə o deməkdir ki, hər bir Gürcüstan vətəndaşı konkret mövzuya və ya cəmiyyətin rifahına yönəlmiş öz təşəbbüsünü göndərə bilər. “İdeyalar müsabiqəsi” 2020-ci ildən USAI D-in Vətəndaş Cəmiyyətinin Məşğulluq Proqramı çərçivəsində keçirilir və çalışır ki, gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara və ya sadə vətəndaşlara öz layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti əldə etməyə birgə maliyyələşdirmə prinsipi ilə kömək etsin. İdeya müəllifləri platforma vasitəsilə layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə “Orbeliani Metinin” donor təşkilatı tərəfindən qarşılanır. Onlar 2 ay ərzində platformada kraudfandinq kampaniyası keçirə və yad adamların köməyi ilə öz təşəbbüslərini reallaşdıra biləcəklər.

  • Placeholder image

    “İstəyirəm ki, qocalanda mənim də qayğıma qalsınlar…”

    Tako Bakraze Orbeliani Meti platformasının “ideyalar müsabiqəsinin” qaliblərindən biridir və onun ideyası belədir – “Martkopili yaşlılara saysız keramika dərsi hədiyyə et”. Yaşlıların keramika sənətini öyrənmək imkanını reallığa çevirmək üçün o, ailəsi ilə birlikdə Martkopidə məskunlaşdı və yaşlılara realizasiya imkanı verən studiya yaratdı. Tako təşəbbüsünün cəmiyyətə gətirəcəyi dəyişiklikləri bizimlə bölüşür: “Orbeliani Metinin köməyi 70% birgə maliyyələşdirmədən deyil, ideyamızın gün işığı görməsi və bir çox insanın ürəyinə toxunması üçün videoçarx çəkmək hazırlığından başlayır. “Ulevi” keramika videosu sosial şəbəkəyə qoyduqdan sonra, 24 saat ərzində istənilən süni müdaxilə və maliyyələşdirilmiş reklam olmadan 279 paylaşım oldu. Baxmayaraq ki, ideyamıza inanırıq və 60 yaşdan yuxarı insanların cəmiyyətə qaytarılması və onların illər ərzində topladığı təcrübənin səmərəli istifadə olunmasını nəzərdə tutan sosial məsuliyyəti dərk etmişdik, yenə də insanların reaksiyası bizi təəccübləndirdi. Bu xoş təəccüb idi. Bu ölkəmizdə yaşlıların sosiallaşması probleminin necə kəskin olduğunu və bu problemi həll etmək üçün tezliklə hərəkətə keçməyin necə lazım olduğunu daha da aydın göstərdi. Martkopidə yaşlılara “ulevi” keramika dərsi keçmək üçün ianə edən bir xanım bizə bir ifadə yazdı: “istəyirəm ki, qocalığımda mənim də qayğıma qalsınlar”… Bu ifadə bizim üçün başlanğıc nöqtəsi oldu. Bununla biz sağlam cəmiyyətin təməlinin bir-birimizə qayğı göstərmək olduğunu anladıq. İanəçilərdən aldığımız hər bir ianə  Markopinin on yaşlısını mehriban və yaş stereotipindən azad bir məkandan həzz almağa, yeni hobbi inkişaf etdirməyə və həzz aldığı işdən gəlir mənbəyi əldə etməyə bir addım yaxınlaşdırır.Yaşlılıqlarının sağlamlığına və müxtəlifliyinə öz töhfələrini verən insanların cəlb edilməsi o qədər vacibdir ki,  biz əminik, gələcəkdə daha çox yaşlıları cəmiyyətə qaytarmaq üçün daha çox sənət məktəbləri aça biləcəyik.” Takonun ideyası haqqında daha çox öyrən!

  • Placeholder image

    CROWDFUNDING nədir?

    Kütləvi maliyyələşdirmə eyniylə Crowdfunding insanlara öz ideyalarını reallığa çevirməyə, layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə əldə etməyə kömək edən prinsipdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir! Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Crowdfunding cəmiyyətə xeyir gətirəcək ideyanızla mümkün qədər çox insanın maraqlanmasına imkan verir. Kütləvi maliyyələşdirmənin bir neçə növü mövcuddur: ianəyə əsaslanan kütləvi maliyyələşdirmə layihəniz üçün dəstəkçilərdən ianə toplamağı nəzərdə tutur. Həvəsləndirməyə əsalanan kraudfandinq zamanı layihə müəllifi ianəçiyə təşəkkür etmək üçün simvolik hədiyyə bağışlayır. Paya əsaslanan kütləvi maliyyələşdirmə zamanı ianəçi göstərdiyi dəstəyin əvəzində şirkətdən müəyyən faiz alır.Və nəhayət, layihə müəllifinin müəyyən müddətdən sonra ianəni geri qaytarmağı öhdəsinə götürdüyü kreditə əsaslanan maliyyələşdirmə. Seçdiyiniz kraudfandinq növü layihənizin ehtiyaclarından asılıdır. Əgər reallığa çevirmək istədiyin ideyan varsa və ya dəyərli bir şeyin hissəsi olmaq və ianə ilə hansısa regionu gücləndirmək istəyirsənsə, kütləvi maliyyələşdirmə platforması məhz bu imkanları təmin edir!

  • Placeholder image

    İdeyalar müsabiqəsi – dəyişikliklərə doğru addım

    Kəndinin və ya şəhərinin problemləri səni narahat edir? İcmanın həyatını yaxşılığa doğru dəyişmək istəyirsən? Əgər vaxtın, enerjin, yaradıcılığın və ideyan varsa, blogger, İT mütəxəssisi, memar, tələbə, müəllim, jurnalist, dövlət qulluqçusu, rəssam, dizayner, sahibkar və ya sadəcə fəal vətəndaşsansa,icmanın, kəndinin, şəhərinin, rayonun küçələrinin, məktəbin, bağçanın, parkın, gənclərin həyatının necə dəyişdiyini görmək üçün səbrlə gözləmək istəmirsənsə, o zaman icmanın həyatını yaxşılığa doğru sən dəyiş! “Orbelianinin” ideyalar müsabiqəsi dəyişikliklərə doğru atılan bir addımdır! İdeyanı platformamızda təqdim et –  icmanda/kəndində/şəhərində nəyi dəyişmək istəyirsən. İştirak etdikdən sonra: İdeyan müsabiqənin münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək; Qalib olsan ideyan üçün maliyyə alacaqsan! Sənaye mütəxəssisləri və tərəfdaşlarının köməyi ilə ideyanı inkişaf etdirəcəksən; Advokatlaşdırma və icma səfərbərliyi təlimlərində iştirak edəcək və digər fəallarla tanış olacaqsan; İdeya reallaşarsa, uğurunu digər startap layihəsi müəllifləri ilə bölüşə biləcəksən!   Ekologiya, yaşıllaşdırma, nəqliyyat və mobillik, təhsil və gənclərin məşğulluğu, məkan inkişafı və ya mədəniyyət. Sənin ideyan hansına toxunur? Gürcüstan miqyasında hər kəs, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər. İdeyaları təqdim etmək platformada qeydiyyatdan keçdikdən sonra mümkündür. Verilmiş feysbuk səhifəsində müsabiqə haqqında daha çox məlumat axtara bilərsiniz– Orbeliani Meti • ორბელიანი მეტი Əlavə məlumat əldə etmək üçün feysbuk və ya verilmiş el-poçt ünvanımıza yaza bilərsiniz– info@orbelianimeti.ge

გაეცანი იდეებს მეტი ჩვენზე
ამბები

ENG | ARM | GEO | AZ

İdeyalar yarışması başladı!

Əgər sosial təşəbbüsünüz varsa və onu həyata keçirmək üçün dəstəyə ehtiyacınız varsa, o zaman sentyabrın 10-dək ideyanı platformamıza təqdim edin!

46

შესრულებული პროექტი

406K+ ₾

შეგროვებული თანხა

7K+

მხარდამჭერი

540K+

თანადაფინანსება

How does works?

Təşəbbüskar ol

Əgər ideyan varsa və ətrafındakı dünyanı yaxşılığa doğru dəyişmək istəyirsənsə, “ideyalar yarışının” köməyi ilə dəyişikliklərin təşəbbüskarı ola bilərsən.

Başqaları ilə paylaş

Dostlarına, tanışlarına və hətta tanımadığın insanlara öz ideyan haqqında danış. Təşəbbüsün həyata keçirilməsi üçün hər bir dəstəkçi önəmlidir.

Dəstəkçi ol

Güclərimizi birləşdirməklə dünyaya çoxlu yaxşılıqlar gətirə, ideyaları dəstəkləyə və dəyişikliklərin bir hissəsi ola bilərik.

Tərəfdaş təşkilatlar

Birlikdə daha çox dəyişiklik üçün daha çox imkanlar yaradırıq!

რატომ გვენდობიან ჩვენ?

  • “Crowdfunding yeni başlayan sahibkarlar, startaplar, vətəndaş təşəbbüsləri üçün mühüm alternativ maliyyə mənbəyidir, bir çox belə təşəbbüslər öz ideyalarını öz maliyyə resursları ilə həyata keçirə bilmir, ona görə də geniş ictimaiyyətin dəstəyi böyük motivasiya və inanmaq üçün stimuldur. ideyanızı daha çox və eyni zamanda onun həyata keçirilməsi üçün ilkin kapitalı toplamaq, əlavə olaraq, hesab edirəm ki, kraudfandinglə alınan dəstəyi də ideya müəllifi üçün böyük məsuliyyət daşıyır, siz donorların gözləntilərini doğrultmalısınız və bu məsuliyyət. ideyaların həyata keçirilməsi prosesini daha da sürətləndirir”.

    Placeholder image
    Ana Çxoidze

    Vətəndaş fəalı, “ideya müsabiqəsi”nin iştirakçısı

  • “Deyə bilərik ki, USAİD və “Orbeliani Meti” tərəfindən göstərilən etimad qrant məbləğindən daha önəmli idi. Hər bir dəstəkçinin iştirakı vacibdir, çünki bəzən hətta hər bir lari layihənin həyata keçirilməsində həlledici rol oynayır. Yeni ideya müəlliflərinə məsləhət görərdim ki, öz təşəbbüslərini ictimaiyyətə tanıtsınlar və insanların dəstəyindən istifadə etsinlər. Dünyanı dəyişmək birlikdə daha asandır!"

    Placeholder image
    Giorgi Kiviladze

    Vətəndaş fəalı, “ideya müsabiqəsi”nin iştirakçısı

  • "Orbeliani Metini dəstəkləməklə biz gürcü cəmiyyətinə göstərdik ki, biz də buradayıq, biz Gürcüstan vətəndaşıyıq, ölkəmizi sevirik və ona qayğı göstəririk!"

    Placeholder image
    Kamran Afandiev

    Vətəndaş fəalı

  • "Crowdfunding kiçik qruplara və cəsarətli vətəndaşlara həmfikir insanlarla əlaqə saxlamağa imkan verir"

    Placeholder image
    Nana Bagalishvili

    Vətəndaş fəalı, “ideya müsabiqəsi”nin iştirakçısı

ხშირად დასმული კითხვები

  • İdeya müəllifləri üçün
  • Tərəfdarlar üçün
  • Ətraflı məlumat
Platforma necə işləyir?

Orbeliani Meti platformasında qeydiyyatdan keçin. İdeyanızı yükləyin, layihənin məqsədini, tələb olunan məbləği qeyd edin və bizə göndərin. İanə müqabilində dəstəkçilərə “hədiyyə” təklif edə bilərsiniz. “Hədiyyəni” müəyyən etmək sizdən asılıdır. Hər bir təşəbbüs seçim mərhələsindən keçəcək, layihənin maliyyə hissəsi və davamlılığı yoxlanılacaq. Bundan sonra komissiyanın seçdiyi ideyalar platformada dərc olunacaq və insanlara layihənizlə tanış olmaq və arzu edərlərsə, ideyanın həyata keçirilməsi üçün ianə vermək imkanı yaradılacaq. “Orbeliani Meti” ideyanızı geniş ictimaiyyətə təqdim edəcək, ancaq layihə ideyası üçün tərəfdarları siz cəlb etməlisiniz. Layihə uğurlu olarsa və hədəf məbləğ toplanarsa, ianə layihəyə cavabdeh olan şəxsin hesabına köçürüləcək.

Kimlər layihə yarada/iştirak edə bilər?

Həm fərdi şəxslər, həm də təşəbbüs qrupları iştirak edə bilər.

Məbləği anonim olaraq yükləyə bilərəmmi?

Bəli, seçdiyiniz layihəni tamamilə anonim şəkildə dəstəkləyə bilərsiniz.

Hansı ödəniş metodundan istifadə etməliyəm?

Kartınızdan istifadə edərək onlayn bank vasitəsilə pul yatıra bilərsiniz. İstənilən bank kartından istifadə edərək pul verə bilərsiniz. Xaricdən pul yatırmaq üçün PayPal-dan istifadə edə bilərsiniz.

Kraudfandinq nədir?

Kraudfandinq (kütləvi maliyyələşdirmə) müxtəlif təşəbbüslər, o cümlədən istehsalçılar, elmi tədqiqatlar, layihələr və ən əsası sosial ideyalar üçün vəsait toplamaq üçün innovativ üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Nə qədər çox maliyyəçinin marağını cəlb etsəniz, ideyanı həyata keçirmək üçün lazım olan pulu toplamaq ehtimalınız bir o qədər yüksəkdir. Müəyyən müddət ərzində maraqlanan maliyyəçilər pulu ideyanın müəllifinə (yaxud müəlliflər qrupuna, şirkətə) köçürürlər. Pulun miqdarını maliyyəçilər öz istəklərinə əsasən müəyyən edirlər. Kraudfanding platformalarının əksəriyyəti xeyriyyəçilik və ya qeyri-kommersiya əsasında qurulur və əsas diqqət ictimai fayda gətirən layihələrin dəstəklənməsinə yönəldilir. Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Bundan başqa, kraudfandinq layihə yaradıcılarına öz təşəbbüslərini asanlıqla yaymaq və ucuz şəkildə geniş auditoriyaya çatmaq imkanı verir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.

Məqsədimiz nədir?

Məqsədimiz öz icmasında, məhəlləsində, şəhərində və ölkəsində fərq yaratmaq istəyən fərdləri, qadınları, gəncləri, vətəndaş fəallarını, sosial sahibkarları və icma liderlərini gücləndirməklə Gürcüstanda müsbət dəyişiklikləri təşviq etməkdir. Biz başa düşürük ki, bir çox sosial təşəbbüslər, innovativ ideyalar, ixtiralar və sosial müəssisələr çox vaxt maliyyə dəstəyinin çatışmazlığından əziyyət çəkirlər. Lakin, biz qəti şəkildə inanırıq ki, ölkəmizdə cəmiyyətin yaxşılaşdırılması üçün möhkəm və faydalı ideyaları təbliğ etməyə hazır olan çoxlu sayda insan var. “Orbeliani Meti” platformasının məqsədi , məhz,  onları əlaqələndirməkdir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.

İdeya müəllifləri üçün Tərəfdarlar üçün Ətraflı məlumat