WETALK – Gənlər platforması

short desc

Description

WE’TALK bizə gənclər haqqında hekayələr danışan gənclər platformasıdır. Burada gələcəkdə gənclər üçün motivasiya və ilham mənbəyinə çevriləcək ideyalar, hekayələr və təcrübələr bölüşüləcək . Biz gəncik, Tiflisdə yaşayırıq və burada şəhər həyatının sürətli tempini izləyirik, tez-tez elə olur ki, cəmiyyətimizdən kənarda baş verənləri hiss etmirik/görmürük, bəzən sinif yoldaşlarımız, qrup üzvlərimiz, dostlarımız və ya həmkarlarımızın hansı çətinliklər və çağırışlarla  qarşılaşdığını müşahidə edə bilmirik.Təcrübə bizə göstərdi və bizi inandırdı ki, bayağı və sadə görünən bir şey, yəni söhbət bizdə yoxdur.Təcrübələrimiz, hekayələrimiz, xəbərlərimiz, çətinliklərimiz, nailiyyətlərimiz, heyranlıqlarımız, maraqlarımız, yaratdıqlarımız, məhv edib və yenidən qurduqlarımız, sevgimiz, azadlıq, hisslərimiz və həyatımızın bir hissəsi olan hər şey haqqında söhbət etmək vacibdir və qiymətləndirilməlidir.Məqsədimizə çatmaq üçün dəstəyinizə ehtiyacımız var. Söhbət etmək, gəncləri, onların hekayələrini, bloqlarını və ya eskizlərini tanıtmaq, maraqlı məqalələr yaratmaq, stereotipləri qırmaq, imkanları və gənclərə aid olan hər şeyi paylaşmaq üçün bizə veb-səhifə və texniki avadanlıq lazımdır.İnanırıq ki, siz  böyük məqsədimizə çatmaqda bizə kömək edəcəksiniz və biz birlikdə gənclərin səsini ucalda biləcəyik. Hə, bir də onu demək lazımdır ki, biz heç bir dəstəkçini unutmayacağıq və ən sevimli işimizi qiymətləndirərək bizi sevindirdiyiniz qədər sizi də sevindirməyə çalışacağıq!

Sevgilərlə, WE’TALK

Reviews

There are no reviews yet.

Be the first to review “WETALK – Gənlər platforması”

Your email address will not be published. Required fields are marked *