Sıfır tullantı məkanı

short desc

Description

“Zero Effect” Tbilisidə,  Melikişvili 7 ünvanında sıfır tullantı olan sosial məkandır və onun əsas məqsədi davamlı istehsal və istehlakı təşviq etməklə tullantıları azaltmaqdır. Məkan yaratmaq ideyası bizə 4 il əvvəl, özümüzə sadə bir sual verdikdən sonra gəldi: hər gün əmələ gətirdiyimiz tullantılar hara gedir? Cavab axtarışı prosesində aşkar etdik ki, tullantılarla çirklənmə problemi yaşadığımız xətti iqtisadi modellə əlaqəlidir – resursların əldə edilməsindən tutmuş məhsulların istehsalına qədər, sonra isə onların istifadəsi ilə biz, insanlar ekosistemimizə ciddi ziyan vururuq.Tullantıların zibil deyil, faydalı resurs olduğu yeni davamlı, dairəvi model yaratmaq vacibdir. 


“Zero Effekt” məkanı bu problemə cavab olaraq yaradılıb.İnsanların ekoloji problemlər haqqında danışa biləcəyi, fikir mübadiləsi apara biləcəyi və həll yolları tapa biləcəyi bir yer yaratmaq istədik. Bu gün Məkan eko-dost dairə prinsiplərlə işləyən mağaza, idrak etdirici fəaliyyətlər, Köhnə əşyaların mübadiləsi üçün məkan, yaşıl kitabxana və ən əsası çoxlu istiqanlı və ətraf mühitə dost insanları özündə birləşdirir.

Layihə çərçivəsində daha çox insana çatmaq, fəaliyyətlərinizi artırmaq və tullantıların azaldılmasına töhfə vermək üçün tullantıların çeşidlənməsi otağının yaradılmasını və idrak etdirici onlayn və ya fiziki fəaliyyətlərin təşkili üçün avadanlıq almağı planlaşdırırıq.Əgər siz də bizim kimi Tbilisinin “Zero effekt” kimi sosial məkana ehtiyacı olduğunu düşünürsünüzsə, bizə dəstək olun ki, birlikdə ətraf mühitə mənfi təsirləri azaldaq və sıfır tullantıya doğru irəliləməyə davam edək.#ერთდ0ნარჩენისკენ.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Sıfır tullantı məkanı”

Your email address will not be published. Required fields are marked *