Description
“Bjaminoli” meqrel sözüdür və birbaşa tərcümədə günəşin daxil olduğu yer deməkdir. Məhz buna görə də biz insanların həyatına təravət və aydın düşüncələr gətirəcək və onlara öz emosiyalarını ifadə etmək imkanı verəcək bir məkan yaratmağa qərar verdikdə , onun adı haqqında çox düşünmədik. İdeya tezliklə işə çevrildi və biz Zuqdididə elektron musiqi axşamlarının ilk seriyasını yaratdıq. “Bjaminolini” ideya ətrafında birləşən insanlar yaradır.Fərqli yaşları ,fərqli statusları, müxtəlif təcrübələri olan insanlar inanırlar ki, belə məkanlar sadəcə əyləncə məkanı deyil və o çox şey deməkdir. Zuqdididə regionun yeganə universiteti var, burada 1200-ə yaxın tələbə təhsil alır, onların əksəriyyəti Abxaziyadan köçmüş gənclərdir.Qali, Oçamçire, Suxumi şəhərlərində məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Gürcüstanın nəzarətində olan əraziyə köçdülər, məhz bu tələbələrlə onların maraq və ehtiyacları barədə söhbət zamanı belə bir əyləncə məkanına ehtiyac olduğu vurğulandı. Burada gənclər azad və təhlükəsiz mühitdə istirahət edə biləcəklər.Böyük şəhərlərdə bu cür imkanlar daha çox olur. İşğal olunmuş ərazilərdən ali təhsil almaq üçün köçən zaman əylənmək, inkişaf etmək, ictimailəşmək üçün yüzlərlə kilometr yol qət edərək paytaxta getmək daha da çətin olur. “Bjaminolinin” missiyası da belə yarandı. Onun missiyası Sameqrelo bölgəsində elektron musiqi mədəniyyətinin yaradılması/populyarlaşdırılması və gənc/əyləncə məkanlarının desentralizasiyasıdır. “Bjaminoli” tez bir zamanda öz qonaqları ilə Zuqdidinin ən təhlükəsiz, azad tədbirlər seriyasına çevrildi. Burada hər bir insan bərabərdir və ən əsası da odur ki, mühit yerli və məcburi köçkün gəclərin sosiallaşmasına imkan yaradır.DJ peşəsini öyrənməyə yüksək maraq üzə çıxdı. DJ-lik məktəbinin yaradılmasını nəzərdə tutan yeni ideya belə yarandı. Məktəb bir çox gənclərə musiqi bacarıqlarını inkişaf etdirmək, yeni peşəyə yiyələnmək və iqtisadi cəhətdən güclənmək imkanı verəcək. İdeyanı həyata keçirmək üçün bizə DJ-in tədrisi prosesində zəruri olan musiqi avadanlığı (səs yazıcı, maqnitofon, dinamiklər, göyərtələr) lazımdır. Kurs dəvət olunmuş artistlər/DJ-lər tərəfindən aparılacaq, “Bjaminol” platforması məzunlara veriləcək və biz müxtəlif kanallar vasitəsilə yeni DJ-lərin yaratdığı musiqiləri təbliğ edəcəyik. Bütün bunlar son nəticədə daxili miqrasiyanın azalmasına öz töhfəsini verəcək və rayonda yaşayan gəncləri öz yerində qalmağa, öz kənd və şəhərlərində maraqlı işlərlə məşğul olmağa sövq edəcək. Ən əsası isə odur ki, Abxaziyada yaşayan həmyaşıdlarına səs salacaqlar ki, Gürcüstanda, paytaxtdan uzaqda, regionlarda da inkişaf imkanı var.
Reviews
There are no reviews yet.