Lançxutidə adaptasiya olunmuş məkan yaradaq

short desc

Description

 

Məqsədimiz Lançxuti bələdiyyəsinin Niqvziyani kəndində çoxfunksiyalı incəsənət məktəbi yaratmaqdır. Tədris müəssisəsi məktəb yaşlı uşaqlar, böyüklər, fiziki məhdudiyyətli və xüsusi təhsilə ehtiyacı olan şəxslər üçün nəzərdə tutulacaq.Məktəbdə müxtəlif istiqamətlər və peşəkar bacarıqlar üçün yerlər açılacaq. Tədris çərçivəsində şagirdlər gürcü xalq mədəniyyəti və sənətkarlığı ilə tanış ola və öyrənə biləcəklər.Məzunların hazırladıqları məhsulları nümayiş etdirmək üçün sərgilər təşkil olunacaq. Çoxfunksiyalı incəsənət məktəbində şagirdlər aşağıdakıları öyrənəcəklər: • gil sənətkarlığı (keramika) • ağac emalı • qobelen toxuculuğu • gürcü xalq ornamentləri ilə toxuculuq (çubuqlarda toxunma) • təsviri incəsənət • gürcü xalq çalğı alətlərində ifa • ikon rəssamlığı • gündəlik tələbat çərçivəsində fiziki məhdudiyyəti olan və xüsusi təhsilə ehiyacı olan şagirdlərin  akademik bacarıqlarının inkişafı (oxuma, yazma, pul hesabı). Layihənin məqsədi aşağıdakılardır: • gələcək peşə kimi sənətkarlığı öyrənmək • dərsdən sonra asudə vaxtdan istifadə etmək • şagirdlərin diqqətini cihazlardan yayındırmaq • gürcü xalq mədəniyyətini və sənətkarlığını gələcək nəsilə tanıtmaq, öyrətmək və yaymaq •fiziki məhdudiyyətli və xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə tipik şagirdlərin qarşılıqlı inteqrasiyası və sosiallaşması.• fiziki məhdudiyyətli və xüsusi təhsilə ehtiyacı olan şagirdlərlərə gələcək peşə (dolanma mənbəyi) kimi əl işlərinin öyrədilməsi.• fiziki məhdudiyyətli və xüsusi təhsilə ehtiyacı olan şəxslərə  sadə akademik bacarıqların (oxu, yazma, hesab) öyrədilməsi.Layihə yerli gənclərin sosiallaşması və onların fiziki məhdudiyyətli şəxslərlə inteqrasiyası üçün vacibdir. Gənclər dərsdən sonra asudə vaxtlarından səmərəli istifadə edəcək və telefon cihazlarından uzaqlaşacaqlar. Məktəb çərçivəsində öz əlləri ilə hazırladıqları məhsulların nümayişi və paylaşılması üçün festivallar təşkil olunacaq. Çoxfunksiyalı incəsənət məktəbinin yaradılması gələcək nəsillərə öz ölkəsinin ənənəvi xalq mədəniyyətinə qarşı sevgi aşılayacaq.

Reviews

There are no reviews yet.

Be the first to review “Lançxutidə adaptasiya olunmuş məkan yaradaq”

Your email address will not be published. Required fields are marked *