İdmanın gücü ilə çevrilmə

short desc

Description

Kiçik həcmli ianə ilə siz kluba cəlb olunan uşaqların sayını artıra, onların əqli və fiziki çevrilişinə töhfə verə bilərsiniz.Gürcüstanda az sayda uşaq idman və fiziki fəaliyyətlə məşğul olur.Bunun səbəbi çox vaxt maliyyədir. Kovid pandemiyası xüsusən də məktəb yaşlı nəslin sosial və fiziki fəaliyyətinə zərər vurmuşdur.Onların ekrandan asılılığı , davranış pozğunluqları artmışdır. Bizim məqsədimiz mümkün qədər çox uşağın idman baxımından inkişafı, sağlam keyfiyyətlərinin formalaşması və onların şəxsi böyüməsi üçün imkan yaratmaqdır.

Məqsədimizə çatmaq üçün biz “Çevrilmə” idman klubunun əsasını qoyduq, o sosial məqsədlə ki, burada reqbi üzrə profesional məşqçilərin nəzarəti altında uşaqların idman baxımından inkişafına dəstək olaq. Müşahidəmizə əsasən, reqbi uşaqları idmana cəlb etmək və ilkin təcrübə əldə etmək üçün ən yaxşı vasitədir, çünki reqbidə mövqe müxtəlifliyinə görə fiziki quruluşundan asılı olmayaraq bütün uşaqlar üçün bərabər tapılır.Çoxuşaqlı və sosial cəhətdən imkansız ailələrin uşaqları üçün tədbirlər pulsuzdur.https://www.youtube.com/watch?v=021nKWz7dKY&t=5s

Klub çərçivəsində aşağıdakı fəaliyyətləri həyata keçirdik:  

 

    1. Müraciət edənlərin məlumat bazası yaradılıb, burada 600-dən çox uşaq qeydiyyatdan keçib (daha dəqiq desək, onların valideynləri bazada qeydiyyatdan keçirib), bu uşaqların əksəriyyəti çoxuşaqlı ailələrdəndir, məlumatların toplanmasında “Geni Kartuli” təşkilatı bizə fəal şəkildə kömək edirdi;
    2. Gürcüstan İdman Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb, bu memorandum əsasında klubun məşqçilər bazası peşəkar kadrlarla təmin olunacaq;
    3. Bazanı təhlil edərkən reqbi məşqiçisi seçilmişdir, o, həftədə 3 gün 1 saatlıq məşqlər keçəcək;
    4. Tbilisi meriyasının dəstəyi ilə Vazisubani reqbi bazası klub məşqləri üçün ayrıldı, burada eyni vaxtda 100-ə qədər uşaq məşq edə bilər;
    5. Vazisubani və Varketili ərazisində qeydiyyatda olan 30-dan çox uşaq sistemli şəkildə məşqlərə getməyə başladı, onların arasında bir neçəsi ilk dəfə idman fəaliyyəti ilə məşğul olurdu;
    6. Dörd müxtəlif yaş qrupu təşkil edildi;
    7. Patardzeulidə 8 klub komandasının iştirak etdiyi yoldaşlıq festivalı keçirildi;

    Festivalda iştirak edən uşaqlara klub markalı köynəklər hazırlanaraq pulsuz paylandı.

 

 

Lyihəmiz uşaqların ünsiyyət, yeni təcrübə marağını və fiziki fəaliyyət istəyini artırır, pozitiv emosiyalların tənzimlənməsinə dəstək olur.

Layihənin ehtiyacları:Biz cəlb olunan uşaqların sayını tədricən artırmaq istəyirik, lakin bunun üçün bizə əlavə investisiya lazımdır:avadanlıq, məşqçilərin əlavə edilməsi, formalar (bütün uşaqlar üçün), idman ekipajı,  imkansız ailələrdən olan uşaqlar, yaz festivalları üçün nəqliyyat və  yeməklə təmin etmək.

Dəstəyinizlə gələcək nəslin mühim və dəyərli çevrilişinə töhfə verəcəksiniz!

Reviews

There are no reviews yet.

Be the first to review “İdmanın gücü ilə çevrilmə”

Your email address will not be published. Required fields are marked *