Description
Bir lari ilə həyatın keşiyində dur
Sosial şəbəkələrdə “Xahiş edirik, bu və ya digər qan qrupunuz varsa, mənə kömək edin, anama lazımdır” statusuna neçə dəfə rast gəlmisiniz? Biz – “Təmənnasız qan donorları” komandası müxtəlif xəstəliklərlə mübarizə apararkən təcili qana ehtiyacı olan ailə üzvlərinin, qohumların, hətta dostların həyatını xilas etməkdə insanlara kömək edirik.Biz inanırıq ki, bir insanı xilas etmək bir dünyanı xilas etmək deməkdir. Təmənnasız qan verən hər kəs isə super qəhrəmandır! 2020-ci ilin dekabr ayında təmənnasız qan donorları bazası yaradıldıqdan dərhal sonra koordinasiyalı fəaliyyətə başladıq, xüsusən də xəstələr və donorlar arasında vasitəçi rolunu yerinə yetirdik.Biz heç bir tərəfdaş klinika və ya köməkçi qan bankı olmayan, tamamilə xəstə yönümlü komandayıq. Buna görə də bütün Gürcüstan miqyasında məhz xəstələrə lazım olan şəhərlərdə donorlar axtarırıq və göndəririk.2021-ci ilin yanvarından bu günə qədər (sayı hər gün artır):
1500-dən çox insanın həyatını xilas etdik;
Orduda 2500-dən çox təmənnasız qan donorumuz və ya superqəhrəmanımız var;
- Məlumat bazasında Gürcüstan üzrə təxminən 4000 nəfər qeydiyyatdan keçib;
İnkişafımız, məlumatlılığın artırılması və super qəhrəmanlar komandasının artması ilə veb səhifə yaratmaq ehtiyacı yarandı. Çünki bizim işimizdə vaxt və təşkilatlılıq çox vacibdir. Bəzən insan həyatını xilas etmək, xəstənin qansız qalmaması üçün saniyələr həll edici rol oynayır. Məhz buna görə də, təmənnasız qan donorlarının veb səhifəsini yaratmaq çox vacibdir. bu bizim işimizi operativ edəcək və donor axtarma vaxtına qənaət olunacaq. Yuxarıda dediyimiz kimi, hər əlavə saniyə yeni həyat xilas etməyin başqa bir vasitəsidir! Bizim ofisimiz yoxdur, bu mərhələdə veb-saytımız da yoxdur və sosial şəbəkələrdə gəzərkən vacib məlumatlar çox vaxt itirilir.
Veb-səhifə aşağıdakılar üçün istifadə olunan pllatforma olacaq:
- Maarifləndirici bloq-postlar paylaşmaq. Bu potensial donorlar arasında yayılan mifləri aradan qaldırmağa, qan donorluğuna ehtiyac haqqında cəmiyyəti maarifləndirməyə və onları bazaya qoşmağa kömək edəcək;
- Başqaları üçün motivasiya və ilham mənbəyi olacaq donorların təcrübələrini bir yerə toplamaq;
- Xəstələrin bütün çətinliklərinin, naməlum insanların onlara həyati vacib məsələdə necə kömək etdikləri əks olunan hekayələri paylaşılacaq;
- Həmçinin “log in” funksiyası olacaq, burada donorlar qeydiyyatdan keçəcəklər, nə vaxt qan verdiklərinə, aralıq dövrünün nə vaxt bitdiyinə özləri nəzarət edəcək və ən əsası da sağlamlıq vəziyyətləri haqqında tövsiyyələr alacaqlar;
- Sayt ikidilli olacaq və Gürcüstanda yaşayan əcnəbilərə məlumat bazamıza qoşulmağa kömək edəcək.
Biz Gürcüstanda təmənnasız qan donorluğu istiqamətində ilk platforma yaradacağıq, o, aktiv olacaq və əks əlaqələrin alınmasına əsaslanacaq! Ən əsası, bu, ölkəni tamamilə təmənnasız qan donorluğuna keçmək məqsədi daşıyan Aİ Assosiasiyası Sazişində müəyyən edilmiş öhdəliyi yerinə yetirmək üçün kiçik, lakin əhəmiyyətli bir kərpic olacaqdır.
1 lari belə olsa, hər kəsin qoşulması qan gözləyən xəstəyə kömək edəcək.
Birlikdə qanvermənin sevincindən, qorxulardan və onlara qalib gəlməkdən, ən yaxşı təcrübələrdən, sağ qalan xəstələrimizdən danışacağımız, stereotipləri qıracağımız və həyatın keşikçisi kimi birlikdə dayanacağımız bir platforma yaradırıq.
Superqəhrəmanlar ordusunda bizə qoşulun , 1 lari ilə həyatın keşiyində durun!
Həyat sevginiz və dəstəyiniz üçün təşəkkür edirik,
sevgilərlə “Təmənnasız Qan Donorları” komandası
Reviews
There are no reviews yet.