გაეცანი იდეებს მეტი ჩვენზე
ENG | ARM | GEO | AZ

Qaydalar və şərtlər

Siz və “Orbeliani” arasındakı razılaşma platformadan istifadə etmə şərtlərini, o cümlədən, materialların və məlumatların istifadəsi, hüquqlarınız və ianə almaq, ianə etmək, hesab yaratmaq, layihəyə başlamaq imkanı verən və digər buna bənzər funksionallığı tənzimləyir.Müqavilənin şərtləri ilə razılaşmaq bu müqavilədə qeyd olunan şərtləri qəbul etdiyiniz mənasına gəlir.

  1.  Ödəniş edərkən, qanuni yaşda olduğunuzu və “Orbeliani” ilə müqavilə bağladığınızı qəbul edir və razılaşırsınız. Əgər siz təşkilat adından müraciət edirsinizsə və ya ianə edirsinizsə, şirkət/təşkilatın adından hərəkət etmək üçün lazımi qaydada səlahiyyətli nümayəndə olduğunuzu təmin edirsiniz.

  2.  “Orbeliani” müəyyən müddətdən sonra müqaviləyə dəyişiklik etmək və onu yalnız bu platformada dərc etmək hüququnu özündə saxlayır.

  3. “Orbeliani” saytda dəyişiklik etmək hüququna malikdir və əvvəlcədən xəbərdarlıq etmədən təqdim etdiyiniz məzmunu saxlamağı öhdəsinə götürmür.

  4.   Şəxsi məlumatların saxlanılması və istifadəsi şəxsi məlumat sənədimizlə tənzimlənir.

    Siz razılaşır və etiraf edirsiniz ki,:
    Bizə yalan olmayan məlumat verirsiniz;
        –   bu məlumatı paylaşmaq hüququna maliksiniz;
      –   profilinizin qorunmasına cavabdehsiniz;
      –   dərc etdiyiniz məlumat “Orbeliani” ilə razılaşmadan üçüncü şəxs tərəfindən istifadə edilə bilər;

    Saytda davranış qaydaları:

  5. Aşağıdakıları dərc etməməyə və yaymamağa razısınız:

  6. 1.1. Nifrət dili, alçaldıcı və ya hədələyici məzmun, yalan və ya yanlış məlumat ehtiva edən yazı;

  7. 1.2. Hüquq sahibinin icazəsi olmadan patent, dərc etmə hüququ və ya mülkiyyət hüququ ilə qorunmayan hər şey;

  8. 1.3. Zorakılığı təşviq edən terror və ya cinayət fəaliyyətini təbliğ edən material.

  9. Müqavilənin ləğvi:

  10. 2.1. Müqvilə ləğv edilənədək etibarlıdır.

  11. 2.2. Bu Müqaviləni pozduğunuz təqdirdə, “Orbeliani” xidmətə girişinizi məhdudlaşdırmaq hüququna malikdir. “Orbeliani” bu barədə sizə əvvəlcədən məlumat verməyə məcbur deyil.

  12. İanəçilər üçün:

  13. 3.1. Ödəniş şərtləri saytda göstərilmişdir. Siz yalnız kartla ödəyə bilərsiniz və ya əgər layihənin başlığını qeyd etsəniz, birbaşa “Orbelianinin hesabına yatıra bilərsiniz.

  14. 3.2. Biz ideya müəllifləri, məqsədləri, layihənin gedişatı haqqında məlumatları mümkün qədər dəqiqləşdirməyə çalışır və dərc edilməzdən əvvəl layihənin müəllifinin doğruluğunu yoxlayırıq. Həmçinin, layihənin hədəf məbləği larinin məzənnəsindəki dəyişikliklərə görə və ya layihə müəllifinin istəyi ilə dəyişdirilə bilər.

  15. 3.3. Ödəniş zamanı yalnız şəxsi kartınızdan və ya şəxsi maliyyə hesabınızdan istifadə etməyi öhdəliyinizə götürürsünüz.

  16. 3.4. “Orbeliani” ianəni geri qaytarmır.

  17. 3.5. Hədəf layihənin müəllifi pulu qəbul etməkdən imtina edərsə, “Orbeliani” ianənin hədəf layihəsini dəyişəcək. Sizinlə razılaşaraq, “Orbeliani” məbləği oxşar məzmunlu/məqsədli başqa bir layihəyə köçürür.

  18. Paylaşdığınız məlumatın istifadə olunması:

  19. 4.1. Şəxsi məlumatların qorunması sənədimiz şəxsi məlumatlardan istifadə hüquqlarını tənzimləyir. Xidmətdən istifadə şərtləri ilə razılaşdığınız zaman bu sənədin şərtləri ilə də razılaşırsınız.

  20. 4.2. Səhifənizə yüklədiyiniz kontent sizin olmalıdır və müəllif hüquqlarını pozmamalıdır.

  21. 4.3. Kontentin müəllif hüquqlarını pozduğunu və ya hədə, zorakılıq çağırışları ehtiva etdiyini hesab etdiyimiz təqdirdə,”Orbelian” məlumatı düzəltmək və ya silmək hüququna malikdir.

  22. 4.4. “Orbeliani” layihənizi və platformanı tanıtmaq üçün yüklədiyiniz məzmundan istifadə etmək hüququna malikdir.

  23. Təhlükəsizlik:

  24. 5.1. Siz şəxsi hesabınızı, e-poçtunuzu, şifrə məlumatlarınızı qorumaq üçün şəxsən məsuliyyət daşıyırsınız və onları heç bir üçüncü tərəflə paylaşmamalısınız.

  25. 5.2. Saytın təhlükəsizliyi antivirus proqramları və şifrələmə texnologiyası ilə qorunur. Amma hər hansı bir sayt kimi “Orbeliani” platforması da haker hücumlarından qorunmur.

  26. 5.3.TBC Bank kartın təhlükəsizliyinə və maliyyə əməliyyatlarına cavabdehdir və “Orbelianin” kart məlumatlarınıza əlçatanlığı yoxdur.

  27. Saytın düzgün işləməsi:

  28. 6.1. Saytın fasiləsiz işləməsi üçün əlimizdən gələni edəcəyik. Amma saytın işində səhvlər ola bilər. Belə hallarda, bizimlə əlaqə saxlayın.

  29. Ümumi müddəalar:

  30. 7.1. Orbeliani” saytın istifadə şərtlərini dəyişdirə və yenilənmiş versiyanı yalnız elektron formada eyni saytda dərc edə bilər.

  31. 7.2. “Orbeliani” ianə müqabilində ianəçiyə hədiyyə verməyi öhdəsinə götürmür. İdeya müəllifi hədiyyənin təklifi və çatdırılması üçün tam məsuliyyət daşıyır. İanəçi və ideya müəllifi fərdi olaraq hədiyyənin çatdırılma şərtlərini razılaşdırırlar.

  32. 7.3. “Orbeliani” maliyyələşdirilən layihənin icrasını yoxlamağı və belə bir müraciət olduqda, hədəf layihənin maliyyə hesabatı sənədini ianəçiyə göndərməyi öhdəsinə götürür.

  33. 7.4. “Orbeliani” layihənin etibarlılığını yoxlamağı öhdəsinə götürür və lazım gələrsə, ideyanı dərc etməzdən əvvəl əlavə məlumatların təqdim edilməsini tələb etmək hüququna malikdir.