Description
Biz Tsalka bələdiyyəsinin Tbeti kəndində yerləşən Tsalka 2 saylı dövlət məktəbinin nəzdindəki məktəbin müəllimləriyik: Sofo Tavartkiladze, Tuntula Antadze və Nazi Cimşeradze. Təqdim etdiyimiz layihə həmin məktəbdə rəqəmsal texnologiyalarla təchiz olunmuş otağın təşkilini nəzərdə tutur ki, şagirdlər və müəllimlər tədris prosesinin daha çevik və əyləncəli keçməsinə imkan yarada bilsinlər. Qeyd olunan məktəb Tsalka bələdiyyəsinin Tbeti kəndində yerləşir və burada şagirdlər (cəmi 32 şagird) yalnız 6-cı sinfə qədər təhsil ala bilirlər. 6-cı sinfi bitirdikdən sonra rayonun müxtəlif məktəblərinə gedirlər. Şagirdlərin başqa məktəblərə keçmə hallarına tez-tez rast gəlinir. Bunun səbəblərindən biri məktəbdə resursların, konkret olaraq texnoloji resursların çatışmazlığıdır. 21-ci əsrdə hər bir şagird qeyd-şərtsiz rəqəmsal təhsil vasitəsinə malik olmalı olduğu halda, təəssüf ki, məktəbimizin şagirdlərinin bu vasitələrdən istifadə imkanları məhduddur.Biz bilirik ki, hər bir məktəb fənninin tədris prosesində texnologiyadan istifadə həyati əhəmiyyət daşıyır. Formal təhsillə yanaşı, şagirdlər rəqəmsal texnologiyaların dəstəyi ilə qeyri-formal təhsil də almalıdırlar, lakin büdcə çatışmazlığı məktəbimizdə bu problemi aradan qaldırmağa imkan vermir.Demək olar ki, hər gün biz şagirdlərin və müəllimlərin kurrikulumda nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsinin texnologiyanın olmaması səbəbindən qeyri-mümkün və ya ən yaxşı halda çətin olması ilə bağlı narahatlığını eşidirik, baxmayaraq ki, üçüncü nəsil milli kurikulum tamamilə texnologiyaya və fəaliyyətə uyğunlaşdırılıb.Təəssüf ki, kompleks tapşırıqlar və ya digər tapşırıqlar zamanı şagirdlərin resursu çap etmək imkanı olmur, çünki məktəbdə printer yoxdur və müəllimlər materialları çap etmək üçün rayon məktəbinə getməli olurlar. Məktəbimizin müxtəlifliyi və Tsalkanın özünün multikulturalizmindən irəli gələrək, biz tez-tez qeyri-formal tədbirlər, etnik mənsubiyyət, fərqlilik və başqa zəruri mövzular haqqında söhbətlər edirik. Proyektor və ya monitor olsaydı uşaqlar bu və ya digər mövzunu dinləyərək deyil baxaraq öyrənərdilər.Məktəb məkanında lazımi avadanlıqla tədbir keçirmək üçün yer olmadığından şagirdləri müxtəlif tədbirlərə fiziki cəlb etmək mümkün deyil. Texnologiya guya hər yerdə və gündəlik həyatımızla iç-içə olmalıdır, amma çoxlu amma var… Xüsusən də kənd məktəblərində. Texnologiyanın sinifdə məqsədyönlü istifadəsi öyrənmə üçün daha çox imkanlar təqdim edərkən, tədris prosesini daha əlçatan və çevik etdiyi halda, Tbeti tşagirdlərinin bu lüksü daha azdır, əslində, məncə, heç yoxdur. Biz şagirdlərimiz üçün elə rəngarəng məkan istəyirik ki, burada tədris prosesi şagirdlər üçün sadəcə maraqlı olmayacaq.Sizin köməyinizlə biz şagirdlərimizin xəyallarına qanad verə bilərik, texnologiya dünyasında aldığımız hər əşya onların uğurunun müjdəçisidir. Biz inanırıq ki, sizin hər bir lariniz sehrli gücə malikdir.
Reviews
There are no reviews yet.