Tkibulidə elmi-texnoloji klub

short desc

Description

 

Tkibulidə artıq 3-cü ildir ki, “STEM klub” tamamilə könüllülük əsasında fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif kurslarda gənclər robotika, elektron mühəndislik və proqramlaşdırmanın əsaslarını öyrəndilər.Onların bir qismi özünəməxsus dünyagörüşü və bacarığı ilə klubun fəaliyyətinə cəlb olunub. Onların sayəsində kurslar daha da müxtəlif, əyləncəli və düşündürücü olur.STEM klubu formalaşarkən belə bir nəticəni həqiqətən  gözləmirdik. Layihənin profili və spesifikliyi cəlbedicidir və başdan insanlar güclü maraq göstərdilər, lakin bu müvəqqəti xarakter daşımadı və son aylar ərzində insanlar müxtəlif yollarla klubun fəaliyyətinə cəlb olunublar.İndiyədək tədbirlərə 50-yə yaxın gənc cəlb olunub. Onların bəziləri təşkilati məsələlərdə də iştirak edir və müstəqil olaraq, mentorluğumuz altında proqramlaşdırma üzrə biliklərini dərinləşdirməyə davam edirlər. “Tkibuli Rayonunun İnkişaf Fondunun” köməyi sayəsində müvafiq məkanımız, müxtəlif zəruri materiallarımız və dəstəyimiz var. Sosial şəbəkə və başqa vasitələr sayəsində isə icma ilə ünsiyyətimiz var.

Artan marağa və toplanmış resurslara əsaslanaraq, düşünürük ki, klub yeni mərhələyə – kursların məzmununu genişləndirməyə və miqyasını artırmağa hazırdır.Bu konkret addım şagirdlərin sayını iki dəfə artıracaq və yeni yaş qrupları ilə işləyə biləcəyik – əgər indiyə qədər biz yalnız 12-16 yaşlılarla işləyirdiksə, indi bütün məktəb səviyyələrini əhatə etmək mümkün olacaq.Şagirdlər baza biliklərinə kiçik yaşlarından yiyələnməyə başlayacaq və tədricən edərək peşəkar biliklərə çata biləcəklər. Həmçinin, tədris materialları daha da rəngarəng olacaq, ən əsası isə layihə davamlı və sistemli xarakter daşıyacaq.Şagirdlər hakaton və olimpiadalarda iştirak edə biləcəklər. Miqyasın artırılması intellektual resursları toplamağa kömək edəcək ki, bu da klubun gələcək planları üçün həlledici olacaq. Elmi və texnoloji mövzuların populyarlaşdırılması, onların əlçatanlığının və gənclərin gələcək peşələrə marağının artırılması, məlumat bolluğuna baxmayaraq, bu istiqamətlərin daha az populyar olduğu rayonlarda xüsusilə zəruridir.İnanırıq ki, sizinlə birlikdə biz bu unikal imkanı daha keyfiyyətli və maraqlı şəkildə daha çox insana çatdıra biləcəyik. Gəlin gənclər üçün elə bir məkan yaradaq ki, onlar texnologiya ilə daha sıx, sağlam təmasda olsunlar, elmə maraq göstərsinlər, bacarıqlarını nümayiş etdirə bilsinlər.

Reviews

There are no reviews yet.

Be the first to review “Tkibulidə elmi-texnoloji klub”

Your email address will not be published. Required fields are marked *