Sərhədsiz Sərhədin Mühafizəçiləri

short desc

Category:

Description

Zemo Nikozi, Kvemo Nikozi və Zemo Xviti kəndləri Tsxinvalidən cəmi bir kilometr aralıdadır. Zemo Nikozidə biz 2015-ci ildə qayayadırmanma klubunu yaratdıq və bu gün o, uşaqlar arasında keçirilən yarışlarda iştirak nəticələrinə görə Gürcüstanın ən uğurlu klublarından biridir. Həm Gürcüstan çempionlarımız, həm də mükafatlarımız var. Dırmanma divarımız açıq havadadır və qışda məşq etmək demək olar ki, qeyri-mümkün olur və təəssüf ki, az qala 3-4 aya yaxındır ki, uşaqlar artıq məşq edə bilmirlər. Bütün bunlardan irəli gələrək, balaca idmançılarımızın inkişafı, onların idmanda irəliləyişi yerinə yetirilməmiş vəzifə olaraq qalır. Çoxlu müraciətlər nəticəsində Qori meriyası öz dəstəyini bildirdi və Kvemo Nikozidə  bir binanı bizə təhvil verəcəyini vəd etdi, lakin bu binanın əsaslı təmirə ehtiyacı var. (məsələn, divarlara suvaq vurulması,döşəmənin döşənməsi, pəncərələrin vurulması və yeni dırmanma divarlarının düzülməsi).Onu da qeyd etmək lazımdır ki, bu gün klubumuza 30 yeniyetmə yazılıb və zal olsa, bu rəqəm ikiqat artacaq. Qayayadırmanma klubumuz bütün şagirdlərə pulsuz xidmət göstərir.5 ildir ki, bu uşaqlar kiçik zal və 15 metrlik dırmanma divarı arzusundadırlar. Həm dövlət, həm də biznes sektoru tərəfindən on qat daha çox diqqət göstərilməli olan bu region, təəssüf ki, hamı tərəfindən unudulub. Halbu ki, bu sərhədsiz sərhədi qoruyan elə bu müharibə övladlarıdır! Onlar rus işğalçılarının gürcü torpağında tikanlı məftillərlə çəkdiyi “sərhədi” qoruyurlar.Bu uşaqların uğuru ölkəmizin uğurudur, onlara dəstək olmaq hər bir kəsin məsuliyyətidir.

Reviews

There are no reviews yet.

Be the first to review “Sərhədsiz Sərhədin Mühafizəçiləri”

Your email address will not be published. Required fields are marked *