Description
Sizidən dəstəkləməyi xahiş etdiyim ideya bir çox sahəni və ehtiyacları əhatə edir. Turizm, kənd təsərrüfatı, biologiya, ekologiya və hətta ayrıca olaraq ekoloji maarifləndirməni nəzərdə tutur. Bu il Laqodexi təbiət qoruğunun 110 yaşı tamam oldu və yubiley tarixində biz böyük və qədim milli parkımıza yeni meteostansiyalar kimi gözəl hədiyyə verməyə hazırlaşırıq.
Yəqin xatırlayırsınız ki, elə həmin platformada (Orbeliani Meti) biz Afendə açıq səma kinoteatrı tikmək üçün pul yığdıq və onu tikdirdik. Əvvəlki layihədə olduğu kimi burada hətta bir lari ilə belə, aşağıdakıları həyata keçirməyə kömək edəcək ideyanı maliyyələşdirə bilərsiniz:
- iqlim dəyişikliyinin nəticələrinin monitorinqi;
- kənd təsərrüfatında çalışan şəxslərə hava proqnozu barədə məlumat vermək;
- Gənclərin eko-maarifləndirilməsi (gənclər hava məlumatlarını müstəqil təhlil edə biləcəklər)
- Turist axınlarının effektiv idarə edilməsi (ziyarətçilər Laqodexinin qorunan ərazilərində havanın necə olduğunu biləcəklər və turlarını buna uyğun planlaşdıracaqlar).
Laqodexinin qorunan əraziləri meteoroloji məlumatların toplanmasının uzun tarixinə malikdir. Bu tarix ötən əsrin 50-ci illərində başlanmış və ötən əsrin 90-cı illərinə qədər daimi olaraq davam etmişdir. 90-cı illərin böhranı qorunan ərazilərə də təsir etdi və o zaman meteoroloji məlumatların toplanması dayandırıldı. Layihə çərçivəsində Laqodexi qoruq ərazilərinin 2 yerində, keçmiş meteostansiyanın yaxınlığında (dəniz səviyyəsindən 2000 metr hündürlükdə) və mühafizə olunan ərazilərin administrasiyasının yaxınlığında, Laqodexi dərəsinin yaxınlığında meteostansiyalar quraşdırılacaq. Bu meteostansiyalar gündəlik temperatur, rütubət, yağıntı, küləyin sürəti, buludluluq haqqında mühim məlumatlar toplayacaq.Məlumatlar avtomatik olaraq xüsusi serverdə saxlanılacaq və onlayn portal vasitəsilə istənilən maraqlı şəxs üçün əlçatan olacaq ki, bu da həm elmi qruplara, həm qorunan ərazilərin administrasiyasına, həm də vətəndaşlara yenilənmiş meteoroloji məlumatların monitorinqini və təhlilini həyata keçirməyə imkan verəcək; tədqiqatların, ziyarətçilərin idarə edilməsi, eko-təhsil, kənd təsərrüfatında planlaşdırılan fəaliyyətlər üçün istifadə ediləcək. Meteoroloji stansiyaların qorunan ərazilərdə yerləşdirilməsi və davamlı olaraq iqlim məlumatlarının toplanması Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafının 13-cü (iqlim dəyişikliyinə qarşı fəaliyyət) və 15-ci (Yerin ekosistemləri) məqsədləri ilə birbaşa bağlıdır. Bundan əlavə, assosiasiya sazişi çərçivəsində Gürcüstan iqlim dəyişikliyi prosesinə nəzarət etmək və onun təsirinin azaldılmasına diqqət yetirmək öhdəliyi daşıyır. Layihə çərçivəsində eko-maarifləndirici fəaliyyətin illüstrasiya modulu – “Gənc Ranger” yaradılacaq ki, onun əsas vəzifələrindən biri uşaq və yeniyetmələri iqlim dəyişikliyinin təsirinin azaldılması və onların idarə olunması haqqında məlumatlandırmaq, eyni zamanda meteoroloji stansiyaların idarə olunmasında (məlumatların toplanması, təhlili, yayılması) onların fəal iştirakını təmin etmək olacaq. Layihə çərçivəsində Laqodexinin qorunan ərazilərində iqlim dəyişikliyi həftəsi keçiriləcək ki, bu da iqlim dəyişikliyinin təsirinin azaldılması mexanizmi kimi yerli əhalinin (müxtəlif sosial qrupların) iqlim dəyişiklikləri və qorunan ərazilər haqqında məlumatlılığının artırılmasına töhfə verəcək.
1 review for Laqodexi meteostansiyasının yeni həyatı
There are no reviews yet.