İnternat uşaqları üçün kiçik park inşa et

short desc

Description

Mən Xuloda doğulub böyümüşəm, 9 yaşımda daha yaxşı təhsil almaq üçün Tbilisiyə köçmüşəm. Tbilisidə tamam başqa mühit, tamam başqa həyat ritmi tapdım, dostsuz, qohumsuz, naməlum küçələrin, məhəllələrin, müxtəlif baxış və maraqları olan insanların əhatəsində idim…Tamar Mepe adına rəssamlıq internat məktəbində təhsilimi başa vurdum. İnternat məktəbinin uşaqları ilə hər gün əlaqə saxlayırdım və buna görə də onların ailə üzvlərindən, dostlarından uzaq olduqları yad mühitə uyğunlaşmaqda necə çətinlik çəkdiklərini gördüm.Məktəbi bitirdikdən sonra internatın çöl ərazisində gəzərkən uşaq teatrı tamaşasının şahidi oldum; Bu, şagirdlərin öz imkanları ilə hazırladıqları kukla tamaşası idi; Onların bu kiçik şeyə nə qədər sevindiklərini gördükdən sonra qeyd olunan ərazidə onlar üçün nəinki əylənə, həm də öyrənə, dincələ, öyrənmə motivasiyasını artıra və yaradıcılıqla həyata keçirə biləcəkləri kiçik park təşkil etmək qərarına gəldim. Hal-hazırda internatın həyəti şagirdlərin özlərini reallaşdıra bilməsi üçün lazım olan ehtiyacları ödəyə bilmir.İnternat məktəbində yüksək dağlıq Acarıstan, Hereti, Saingilo, Fereydan və digər yerlərdən olan uşaqlar təhsil alırlar, valideynlərin övladlarına keyfiyyətli təhsil, müxtəlif əyləncə və biliklər yaşatmaq imkanı yoxdur. Layihənin icrası nəticəsində salınan kiçik park internat uşaqlarının gündəlik həyatını gözəlləşdirə bilər ki, bu da tolerant, ahəngdar, bərabərhüquqlu və idrak etdirici mühitin formalaşmasına töhfə verəcək. Meydandan internat uşaqları ilə birlikdə Tamar Mepe adına məktəbin, eləcə də 129 və 190 saylı məktəblərin şagirdləri istifadə edə biləcəklər.Ümumilikdə, idrak etdirci və gözəl park 2000-ə qədər məktəblinin uşaqlığını şənləndirəcək.#აჩუქეუკეთესიმომავალი

Reviews

There are no reviews yet.

Be the first to review “İnternat uşaqları üçün kiçik park inşa et”

Your email address will not be published. Required fields are marked *