Gəlin birlikdə Axaltsixe məktəbində şahmat taxtası yaradaq

short desc

Description

 

Məktəbin həyatında fəal iştirak edən bir valideyn kimi hər gün problemlərlə üzləşirəm və ideya məhz buradan yarandı.Rayonda yaşayan uşaqların müxtəlif idman, idrak dərnəkləri və qeyri-formal təhsil almaq imkanları daha azdır. Şahmat taxtasının yaradılması şagirdlərdə şahmata qarşı maraq yaranmasına kömək edəcək. İdmanın sağlam həyat tərzi kimi təşviq edilməsi və eyni zamanda müxtəlif etnik qrupların inteqrasiyası prosesinin təkmilləşdirilməsi üçün önəmlidir. Müxtəlif yaş və millətlərdən olan uşaqlar şahmat oynamaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə edəcəklər. Bundan başqa, şahmat ibtidai siniflərin tədris fənnləri siyahısına daxil edilib və qeyd olunan lövhə tədris prosesində əlavə əyani vəsait olacaq.Məktəb həyətində şahmat taxtasının quraşdırılması məktəblər arasında yarışların təşkilinə imkan yaradacaq. Bundan əlavə, şahmatın populyarlaşmasına və məktəblər arasında əməkdaşlıq və dostluğun möhkəmlənməsinə kömək edəcək. Qeyd olunanlar məktəb həyatını canlandıracaq.

Reviews

There are no reviews yet.

Be the first to review “Gəlin birlikdə Axaltsixe məktəbində şahmat taxtası yaradaq”

Your email address will not be published. Required fields are marked *