Dəyişikliklər üçün teatr

short desc

Description

Dəyişikliklər üçün teatr. Rustavi şəhərində gənclərin öz yaradıcılığını həyata keçirməsinə kömək edən məkanların və xidmətlərin olmaması mühüm problemdir. Bu məsələyə olan marağımız bizi teatrı sintetik incəsənət kimi yenidən düşünməyə vadar etdi.Teatr həmişə cəmiyyətin öz əksini görə biləcəyi bir güzgü olmağa çalışıb.. Amma elə bir teatr təsəvvür edin ki, orada cəmiyyət özü sənət yaradır və bizə öz hekayəsini danışır… Məqsədimiz gənclərdən ibarət həvəskar teatr yaratmaqdır: burada hər bir gənc yaradıcı olmaq imkanı əldə edəcək, sənətin ünsiyyət vasitəsi və komanda işinin uğur üçün zəruri şərt olduğu, gənclərin bir-birini kəşf etdiyi və problemləri birlikdə həll etməyin yollarını axtardığı bir yer olacaqdır. Burada hər bir tamaşa gənclərin ilhamı və bilavasitə iştirakı ilə yaradılacaq, eyni zamanda tamaşa  gənclərin çağırışlara yaradıcı cavabı olacaq.  Biz dəyişiklik üçün teatr yaradırıq!Bizim truppamıza artıq 35 həvəskar sənətçi daxildir və kampaniya  bu fürsəti daha çox gənclə bölüşmək üçün bizə imkan verəcək. Hədəf məbləğ bütünlüklə texniki avadanlıqların (işıqlandırma və səs avadanlığı) alınmasına yönəldiləcək və nəticədə: tamaşaların bədii görünüşü təkmilləşəcək, biz öz təcrübəmizi və məhsulumuzu müxtəlif bələdiyyələrdəki digər gənclərlə bölüşmək üçün teatrı mobil hala gətirə biləcəyik. Gəlin satışları artıraq ki, gənclərin məşğuliyyəti maaşlı olsun.Hər bir ianəçi bizdən iki bilet hədiyyə alacaq və böyük sevinclə tamaşalarımızda sizi gözləyəcəyik!

Əvvəlcədən sizə teatr təzimi ilə ürəkdən təşəkkür edirəm!

Reviews

There are no reviews yet.

Be the first to review “Dəyişikliklər üçün teatr”

Your email address will not be published. Required fields are marked *