Buraya necə gəldik, Dep?

short desc

Description

Bilirəm, bilirəm, çoxlu sualınız var – bura haradır? Bu Dep kimdir?Mən kiməm və ən əsası – indiki Gürcüstanda ağır siyasi böhran var, hətta deyirlər ki, bu problemləri həll edən də hələ üzə çıxmayıb. Bütün bunları nəzərə alaraq sən niyə məni maliyyələşdirməlisən? Mən fikirləşirəm ki, bu problemlərin həll edicisi elə bizlərik, sadəcə olaraq biraz daha çox bilik lazımdır,hər şeyi başa düşmək və səhvlərimizdən öyrənmək lazımdır. Hə, başqalarının, amma əslində öz səhvlərimizdən. Bunun üçün Depin kim olduğundan çox, əcdadlarımızın hansı səhvlərə yol verdiklərinə qulaq asmaq və onları dərk etmək lazımdır. 

Məhz buna görə də biz Fuckup Nights Tbilisi ilə əməkdaşlıq edərək tarixi bir fuckup-lar layihəsinə başlamaq qərarına gəldik. Layihə çərçivəsində tarixçilər sizə əvvəllər eşitmədiyiniz bu cür tarixi fuckup-ları həm video, həm də yazılı formatda danışacaq və Gürcüstanın yaxın tarixini öyrənməyə/yenidən düşünməyə kömək edəcək.Səhifədə bu mövzu ilə bağlı 3 video, 3 məqalə və 3 poster görə bilərsiniz. Layihənin sonunda yekun konfrans – Fuckup Night keçiriləcək, onun çərçivəsində daha da yeni və maraqlı hekayələr eşidəcəksiniz. Müzakirəyə qoşulacaq və bizi bu gün harada olduğumuza və bir daha heç vaxt hansı səhvlərə yol verməməli olduğumuza dair daha yaxşı təsəvvür əldə edəcəksiniz.

Reviews

There are no reviews yet.

Be the first to review “Buraya necə gəldik, Dep?”

Your email address will not be published. Required fields are marked *