Description
Sizə danışmaq istədiyim məktəbin böyük tarixi var, onun əsası dahi gürcü bəstəkarı Kote Potsxveraşvilinin evində qoyulub. O, kəndə bilik ocağı bəxş etdi və o gündən bəri burada uşaqların zümzüməsi eşidilir. Məktəbin 52 şagirddən ibarət kiçik kontingenti var. İmkanları, maliyyə resursları azdır. Mütəşəkkil sinif otaqları və laboratoriyalar yoxdur, buna görə də texnologiya əsrində yeniliklərlə ayaqlaşmaq mümkün deyil. Kənddə gənclərin sayı yavaş-yavaş azalır, bu da bizi gələcək haqqında daha çox düşünməyə vadar edir. Şagirdlər istəyirlər ki, mühiti dəyişsinlər, kənddə olsalar belə yaşıdları kimi müəmməl təhsil ala bilsinlər. Məktəb onların tələblərini və bu tələblərin yerinə yetirilməsinin vacibliyini tam dəstəkləyir. Məktəbin bazasında texno-otağın təşkil edilməsi bizim üçün önəmlidir. Burada müxtılif resurslar və proqramlar şagirdlər üçün əlçatan olacaq, bu da onların texnologiyaya olan marağını artıracaq, eyni zamanda bazarda tələbat olan müasir peşələrə yiyələnmələrinə kömək edəcək. Texnologiyalardan istifadə olunan dərs prosesi yalnız şagirdlərin texnoloji bacarıqlarının inkişaf etməsinə deyil, eyni zamanda fənnlərin daha yaxşı başa düşülüb -dərk edilməsinə imkan yaradacaq.Dərslər daha maraqlı və rəngarəng olacaq.Ümid edirik ki, sosial məsuliyyəti dərk edən insanlar və şirkətlər məktəbimizlə maraqlanacaqlar.Hər şeyi dəyişdirmək üçün, əgər bacarırıqsa, indi və ən çox ehtiyac duyulan yerdən başlamalıyıq.
Reviews
There are no reviews yet.