Kubda eksperimental bilik klubu

short desc

Description

 

Kub layihəsi tam olaraq övladımla eyni yaşdadır, hər ikisi on bir il əvvəl, mart ayında doğulub… Köhnə binaların hündürmərtəbəli, simasız beton divarlarla əvəz edilmə intensivliyi yadınızda olar… xüsusilə də heç olmasa bir az yaşıllıq və nəfəs almaq imkanı olan yerlərdə…  Mziuri parkında tərk edilmiş sovet memarlığının işlək olmayan kanat yolunun xilas edilməsi və binanı sənət üçün saxlamaq müasir rəssamlar Vasil Maçaradze və Koka Vaşakidzenin ideyasıdır. Bu ideyanın inkişafının qayğısına uzun illərdir qalırıq. Təmənnasız əməklə, sevgiylə, uşağımızı böyütdüyümüz qayğıyla qayğı göstərirdik. Bu dünyada hər şeyin öz vaxtı var… Sadəcə, öz zamanında xeyirxahlıq məkanı kimi düşünülmüş parkda hər bir insan üçün mühüm mədəniyyət nöqtəsi yarada biləcəyimizə inandıq və bacardıqca hərəkət etdik…Tamamilə dayanmaqdan və imtina etməkdənsə bir yerdə yanaraq hərəkət etmək yaxşıdır, irəli getmək vaxtı mütləq gələcək…Yolda daima Kubun rifahı naminə təcrübə, bilik və bacarıqlarını bölüşməkdən həzz alan həvəsli insanlarla qarşılaşırdıq. Dörd il əvvəl açıq məktub və vizual material ilə bu fikri şəhərə tanıtdıq, sosial şəbəkələrdə bu ideyanı o qədər bəyəndilər ki, Tbilisi Meriyası da layihənin həyata keçirilməsi ilə maraqlandı və abidənin funksiyasının dəyişdirilməsi üçün vacib olan bütün təmir işlərini yerinə yetirdi.

 

Beləliklə şəhərin göbəyində, yaşıllıqlar içərisində batmış, öz xüsusi görünüşü və açıqlığı ilə heçkəsi laqeyd buraxmayan bir mədəni məkandır. Dostlarımızla birlikdə bizim komandamız önəmli halqaların birbiri ilə əlaqələndirilməsi ilə inanılmaz gözəl işlərin həyata keçirilməsini hər zaman müvəffəqiyyətlə bacarmışdır. Kubda “Bilik Klubunun” yaradılması ideyası mənə, özünü işlə təmin etmiş valideyn, gənclərlə hər zaman əlaqədə olan mühazirəçi və eyni zamanda yeniyetmə anası olaraq gəldi: Danılmaz faktdır ki müasir uşaqların əksəriyyəti təhslin standart formalarını qəbul etmir və qeyri-formal mühitdə, masa arxasında oturmaqdansa oyun oynayaraq, eksperimentlər keçirərək və ya başqalarını dinləməklə bilik qəbul etməyə daha çox həvəs göstərir. Sağlamlıq maniyələri olan uşaqlar oxuya bilmirlər və həmyaşıdları ilə əlaqədə geri qalırlar. Həmçinin, ətrafımızda təhsil almaqla bağlı fundamental hüquqları pozulan yeniyetmələr də var (!). Məsələn, doğum şəhadətnaməsi olmayan və şəxsi nömrəsi olmayan uşaqların məktəbə qəbul ola bilməməsi kimi…İşləməklə yanaşı uşaqları ilə bərabər olmaqda çətinlik çəkən bir çox özünü işlə təmin etmiş valideynlərimiz var. Onlar öz iş proseslərini kiçiklərinin rahat, ekoloji təmiz, idrak etdirən mühitində bir araya gətirməsi haqqında arzulayırlar. Lakin, məsələn, özləri leptopla gedib işləyəcəyi, uşaqlarını isə rahatlıqla buraxacağı, həmyaşıdları ilə birlikdə kitab oxuya biləcəkləri və ya kölgə teatrında öz rollarını oynaya biləcəkləri bir yer tapa bilmirlər… Hər bir mövzu ətrafında söhbət ediləsi məsələlər çoxdur və mövcud problemlərin çıxış yollarını sizinlə məmnuniyyətlə paylaşacağıq, lakin bunu daha sonra Kubda danışarıq… Dostlatla, uşaqlarla, valideynlərlə, iş tərəfdaşlarımızla, nənə-babalarımızla… Böyük və ya kiçin nəslin müxtəlif nümayəndələrini ilə birlikdə bizə baş çəkəcəksiniz. Ümid edirik ki, bu kiçik divarlar içərisində rast gəldiyiniz istənilən təşəbbüsdə əvəzolunmaz töfhənizni olmasını aşkar edəcəksiniz – hər lari, hər söz, hər ideya və ya məsləhət. Bunlar doğru zamanda doğru məkanda deyilən sözlərdir. Bəli. Hamımız birlikdə qeyri-forma mühitdə, oyunla, kitabları səsləndirməklə, tamaşalar səhnələşdirməklə, müzakirəli kino seansları ilə, illüstrasiya yaradılması və ya yaradıcı mətnlərin yazılması ilə müxtəlif yaşa, maraq və imkanlara sahib uşaqların birlikdə, bərabər mühitdə dostlaşacağı, bir-birinin qeydinə qalacağı bilik klubu yarada bilərik. Biz kainatın müntəzəmliyini bilirik. Bilik klubu üçün ianə etdiyiniz hər bir tetri, göstərdiyiniz hər bir dəstək və arzularınız sizə minqat olaraq geri qayıdacaq! Kubda görüşərik!

Reviews

There are no reviews yet.

Be the first to review “Kubda eksperimental bilik klubu”

Your email address will not be published. Required fields are marked *