გაეცანი იდეებს მეტი ჩვენზე
ENG | ARM | AZ
Uncategorized

İdeyalar müsabiqəsi – dəyişikliklərə doğru addım

September 18, 2023
Uncategorized
İdeyalar müsabiqəsi – dəyişikliklərə doğru addım

Kəndinin və ya şəhərinin problemləri səni narahat edir? İcmanın həyatını yaxşılığa doğru dəyişmək istəyirsən?

Əgər vaxtın, enerjin, yaradıcılığın və ideyan varsa, blogger, İT mütəxəssisi, memar, tələbə, müəllim, jurnalist, dövlət qulluqçusu, rəssam, dizayner, sahibkar və ya sadəcə fəal vətəndaşsansa,icmanın, kəndinin, şəhərinin, rayonun küçələrinin, məktəbin, bağçanın, parkın, gənclərin həyatının necə dəyişdiyini görmək üçün səbrlə gözləmək istəmirsənsə, o zaman icmanın həyatını yaxşılığa doğru sən dəyiş!

“Orbelianinin” ideyalar müsabiqəsi dəyişikliklərə doğru atılan bir addımdır!

İdeyanı platformamızda təqdim et –  icmanda/kəndində/şəhərində nəyi dəyişmək istəyirsən. İştirak etdikdən sonra:

İdeyan müsabiqənin münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək;

Qalib olsan ideyan üçün maliyyə alacaqsan!

Sənaye mütəxəssisləri və tərəfdaşlarının köməyi ilə ideyanı inkişaf etdirəcəksən;

Advokatlaşdırma və icma səfərbərliyi təlimlərində iştirak edəcək və digər fəallarla tanış olacaqsan;

İdeya reallaşarsa, uğurunu digər startap layihəsi müəllifləri ilə bölüşə biləcəksən!

 

Ekologiya, yaşıllaşdırma, nəqliyyat və mobillik, təhsil və gənclərin məşğulluğu, məkan inkişafı və ya mədəniyyət.

Sənin ideyan hansına toxunur?

Gürcüstan miqyasında hər kəs, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər.

İdeyaları təqdim etmək platformada qeydiyyatdan keçdikdən sonra mümkündür.

Verilmiş feysbuk səhifəsində müsabiqə haqqında daha çox məlumat axtara bilərsiniz– Orbeliani Meti • ორბელიანი მეტი

Əlavə məlumat əldə etmək üçün feysbuk və ya verilmiş el-poçt ünvanımıza yaza bilərsiniz– info@orbelianimeti.ge

მოგეწონა სტატია?

გააზიარე სოციალურ პლატფორმებზე