Tako Bakraze Orbeliani Meti platformasının “ideyalar müsabiqəsinin” qaliblərindən biridir və onun ideyası belədir – “Martkopili yaşlılara saysız keramika dərsi hədiyyə et”. Yaşlıların keramika sənətini öyrənmək imkanını reallığa çevirmək üçün o, ailəsi ilə birlikdə Martkopidə məskunlaşdı və yaşlılara realizasiya imkanı verən studiya yaratdı.
Tako təşəbbüsünün cəmiyyətə gətirəcəyi dəyişiklikləri bizimlə bölüşür:
“Orbeliani Metinin köməyi 70% birgə maliyyələşdirmədən deyil, ideyamızın gün işığı görməsi və bir çox insanın ürəyinə toxunması üçün videoçarx çəkmək hazırlığından başlayır. “Ulevi” keramika videosu sosial şəbəkəyə qoyduqdan sonra, 24 saat ərzində istənilən süni müdaxilə və maliyyələşdirilmiş reklam olmadan 279 paylaşım oldu. Baxmayaraq ki, ideyamıza inanırıq və 60 yaşdan yuxarı insanların cəmiyyətə qaytarılması və onların illər ərzində topladığı təcrübənin səmərəli istifadə olunmasını nəzərdə tutan sosial məsuliyyəti dərk etmişdik, yenə də insanların reaksiyası bizi təəccübləndirdi. Bu xoş təəccüb idi. Bu ölkəmizdə yaşlıların sosiallaşması probleminin necə kəskin olduğunu və bu problemi həll etmək üçün tezliklə hərəkətə keçməyin necə lazım olduğunu daha da aydın göstərdi. Martkopidə yaşlılara “ulevi” keramika dərsi keçmək üçün ianə edən bir xanım bizə bir ifadə yazdı: “istəyirəm ki, qocalığımda mənim də qayğıma qalsınlar”… Bu ifadə bizim üçün başlanğıc nöqtəsi oldu. Bununla biz sağlam cəmiyyətin təməlinin bir-birimizə qayğı göstərmək olduğunu anladıq. İanəçilərdən aldığımız hər bir ianə Markopinin on yaşlısını mehriban və yaş stereotipindən azad bir məkandan həzz almağa, yeni hobbi inkişaf etdirməyə və həzz aldığı işdən gəlir mənbəyi əldə etməyə bir addım yaxınlaşdırır.Yaşlılıqlarının sağlamlığına və müxtəlifliyinə öz töhfələrini verən insanların cəlb edilməsi o qədər vacibdir ki, biz əminik, gələcəkdə daha çox yaşlıları cəmiyyətə qaytarmaq üçün daha çox sənət məktəbləri aça biləcəyik.”