Tez-tez verilən suallar
- İdeya müəllifləri üçün
- Tərəfdarlar üçün
- Daha ətraflı məlumat üçün
Orbeliani Meti platformasında qeydiyyatdan keçin. İdeyanızı yükləyin, layihənin məqsədini, tələb olunan məbləği qeyd edin və bizə göndərin. İanə müqabilində dəstəkçilərə “hədiyyə” təklif edə bilərsiniz. “Hədiyyəni” müəyyən etmək sizdən asılıdır. Hər bir təşəbbüs seçim mərhələsindən keçəcək, layihənin maliyyə hissəsi və davamlılığı yoxlanılacaq. Bundan sonra komissiyanın seçdiyi ideyalar platformada dərc olunacaq və insanlara layihənizlə tanış olmaq və arzu edərlərsə, ideyanın həyata keçirilməsi üçün ianə vermək imkanı yaradılacaq. “Orbeliani Meti” ideyanızı geniş ictimaiyyətə təqdim edəcək, ancaq layihə ideyası üçün tərəfdarları siz cəlb etməlisiniz. Layihə uğurlu olarsa və hədəf məbləğ toplanarsa, ianə layihəyə cavabdeh olan şəxsin hesabına köçürüləcək.
İdeyaları qiymətləndirərkən əsas meyar kimi sosial məsuliyyət və davamlılıq götürülür. Əsas diqqət sosial təsir dərəcəsinə və ideyanın innovativ yanaşmalardan istifadə edərək mühüm sosial problemləri həll edə bilmə dərəcəsinə yönəlir. Orbeliani Meti platforması öz icmasında, qəsəbəsində, kəndində və ya cəmiyyətində müsbət dəyişiklik etmək istəyən hər kəs üçün açıqdır. Bu dəyişikliklər dostların səfərbərliyi ilə məhəllələri yaşıllaşdırmaq, kənd kitabxanası yaratmaq, tıxacları aradan qaldırmaq üçün proqram hazırlamaq, regional muzeyləri təmir etmək, gənclər üçün yerlər yaratmaq və ya məktəbləri enerjiyə qənaət edən binalara çevirmək ola bilər. Qiymətləndirmə prosesində müxtəliflik və innovasiyaya, eyni zamanda davamlı və uzunmüddətli təsir yarada biləcək ideyalara.üstünlük verilir.
İanə əldə etmək üçün siz sosial media, TV yayımları və digər fəaliyyətlər vasitəsilə ideyanızı maksimal şəkildə göstərməlisiniz. Cəzb edən hekayələri, vizualları və xəbərləri müntəzəm olaraq paylaşmaq üçün sosial media platformalarından istifadə edin. İdeyanızı müvafiq televiziya şoularında və ya media platformalarında nümayiş etdirmək üçün imkanlar axtarın. Tədbirlərdə və icma yığıncaqlarında iştirak edin, yerli biznes və təşkilatlarla tərəfdaş olun. Potensial donorları cəlb etmək və dəstək almaq şansını artırmaq üçün ideyanızı mümkün qədər təbliğ edin.
Modifikasiya olunmuş layihəni təqdim etdikdən və mövcud maliyyə imkanları nəzərə alaraq məbləğin məqsədyönlü şəkildə xərclənəcəyini sübut etdikdən sonra toplanmış məbləği alacaqsınız.Layihənin modifikasiya olunmuş variantı məlumatlandırmaq üçün ianəçilərinizə/donorlarınıza göndəriləcək və səhifənizdə dərc olunacaq.
Əgər maraqlı, sosial və innovativ ideyanız varsa, lakin onu həyata keçirmək üçün lazımi vəsaitiniz yoxdursa, o zaman kraudfandinq sizin üçün düzgün seçimdir.
Təqdim olunan ideyanın əvvəlcədən müəyyən edilmiş vaxt çərçivəsinə/limitinə malik olması vacibdir. Bu vaxtı özünüz təyin edirsiniz.
Özəl sektor, yerli özünüidarəetmə və/və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində “Orbeliani” vaxtaşırı olaraq bəzi təşəbbüsləri birgə maliyyələşdirə bilər.Əgər ideya müəllifi hədəf məbləğin ən azı 30 faizini platforma vasitəsilə toplaya bilsə, “Orbeliani” donor təşkilatdan əldə edilən məbləğlə qalan 70 faizini maliyyələşdirəcək. Birgə maliyyələşdirilən ideyalar xüsusi işarə ilə qeyd olunur.
Birgə maliyyələşdirmə ideya müəllifləri üçün məbləği daha uğurla toplamağa stimul verir.Birgə maliyyələşdirilən layihələr maliyyə verən təşkilatla məsləhətləşmələr əsasında seçilir.
İanə qarşılığında təklif edilən simvolik hədiyyə. İanənin həcminə uyğun olaraq dəstəkçiyə müxtəlif hədiyyələr təklif edə bilərsiniz. Mükafat yaratdığınız məhsul (sosial müəssisə olduqda) və ya tematik olaraq ideyanızla əlaqəli hər hansı bir hədiyyə ola bilər. Həmçinin, ianəçilərinizin hər birinə təşəkkür məktubu göndərməyi unutmayın! Hədiyyənin ianəçiyə çatdırılmasını ideya müəllifi təmin edir.”Orbeliani Meti” hədiyyənin çatdırılması və kuryer/nəqliyyat xidmətini qarşılamaq üçün məsuliyyət daşımır.
Minimum ianə 1 laridir.Kraudfandinqin sirri dəstəyə səfərbər etməkdədir, ona görə də hər lari həlledici ola bilər. Bundan əlavə, bu, hər kəsə cəmiyyət üçün faydalı bir işdə iştirak etmək imkanı verir.
“Orbeliani Gürcüstanın” birgə maliyyələşdirilməsi üçün tələb edə biləcəyiniz maksimum məbləğ layihənin ümumi dəyərinin 70%-nə uyğun olaraq 3500 dolların lari ekvivalentidir.
Bəli, istədiyiniz layihəni tamamilə anonim şəkildə dəstəkləyə bilərsiniz.
Kartınızdan istifadə edərək onlayn bank vasitəsilə pul yatıra bilərsiniz. İstənilən bank kartından istifadə edərək pul verə bilərsiniz. Xaricdən pul yatırmaq üçün PayPal-dan istifadə edə bilərsiniz.
Orbeliani Meti kraudfandinq platformasında maliyyə əməliyyatlarının təhlükəsizliyi TBC Bank tərəfindən təmin edilir. Əməliyyatınız bu bank vasitəsilə etdiyiniz istənilən digər əməliyyat kimi təhlükəsizdir.
Hər kəs üçün fayda əsasən eynidir – ictimai fayda gətirən daha çox dəyişiklik.Lakin qeyd olunan ümumi faydadan əlavə, dəstəkləri müqabilində insanlara nə təklif edəcəkləri ideya müəlliflərindən asılı olacaq.
Sözügedən əməliyyatı tamamlamazdan əvvəl məbləği tənzimləyə və ya ləğv edə bilərsiniz.
Kraudfandinqin bir neçə növü var: Mükafatsız / İanəyə əsaslanan: dəstəkçiləriniz ideyanı həyata keçirmək üçün pul yükləyir və əvəzində heç nə almırlar.
Qeyri-maddi mükafat: Bu, ianə müqabilində ianəçiyə göndərdiyiniz hər hansı bir kart, ona təşəkkür videosu və ya hədiyyə ola bilər.Maddi mükafat: Bu halda, böyük investorlar gəlir və satışlardan faiz alırlar. Bu tip “kraudfandinq” filmlərin, oyunların və proqramların, musiqi albomlarının maliyyələşdirilməsi üçün istifadə olunur.
“Orbeliani Gürcüstan” təşkilatı 8 ildən artıqdır ki, sosial təşəbbüsləri maliyyələşdirir və analoji layihələrin qiymətləndirilməsi və monitorinqində çox yaxşı təcrübəyə malikdir. Platformada ideya dərc olunmazdan əvvəl “Orbeliani” ideyanı, onun praktik tərəfini nəzərdən keçirir, lazım gəldikdə əlavə sənədlər tələb edir və yalnız bundan sonra onu platformada dərc edir. Bundan əlavə, ideya müəllifini dəstəkləmək və ianənin məqsədli istifadəsini, o cümlədən maliyyə sənədlərini yoxlamaq üçün birgə maliyyələşdirilən bütün ideyalar komandamız tərəfindən birbaşa nəzarət edilir. Həmçinin layihənin müəllifi maksimum şəffaflıq və hesabatlılığı təmin etmək üçün yekun hesabatı platformada yerləşdirməyə məcburdur. Layihə hesabatı, o cümlədən maliyyə hissəsi tələb olunarsa bütün ianəçilərə elektron poçtla göndəriləcək.
Gürcüstandan həyata keçirilən bank əməliyyatlarıa TBC Bankın fərdi ianəçilərdən tutulan 2% standart komissiyası tətbiq edilir ,xaricdən köçürmələr zamanı 2,5% tarifi tətbiq edilir.Qeyd olunan tamamilə bank xidmətinin komissiyasıdır.Platformanın xidmət haqqı 10% təşkil edir. Bununla siz “Orbeliani Meti” platformasının gələcəkdə daha da inkişaf etməsinə və daha çox ideyaların dəstəklənməsinə kömək edəcəksiniz.
Orbeliani vətəndaş fəallığını təşviq etmək məqsədi ilə maliyyə tapmaq üçün müxtəlif beynəlxalq təşkilatlarla işləyir. Orbeliani Meti platforması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI Access proqramı) tərəfindən dəstəklənir. Bundan əlavə, platformanın işləməyə davam etməsi və yeni funksiyaların əlavə edilməsi üçün dəstəyiniz vacibdir.”Orbeliani Meti” İanə hesabatını platformada dərc edəcək.

Kraudfandinq (kütləvi maliyyələşdirmə) müxtəlif təşəbbüslər, o cümlədən istehsalçılar, elmi tədqiqatlar, layihələr və ən əsası sosial ideyalar üçün vəsait toplamaq üçün innovativ üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir. Nə qədər çox maliyyəçinin marağını cəlb etsəniz, ideyanı həyata keçirmək üçün lazım olan pulu toplamaq ehtimalınız bir o qədər yüksəkdir. Müəyyən müddət ərzində maraqlanan maliyyəçilər pulu ideyanın müəllifinə (yaxud müəlliflər qrupuna, şirkətə) köçürürlər. Pulun miqdarını maliyyəçilər öz istəklərinə əsasən müəyyən edirlər. Kraudfanding platformalarının əksəriyyəti xeyriyyəçilik və ya qeyri-kommersiya əsasında qurulur və əsas diqqət ictimai fayda gətirən layihələrin dəstəklənməsinə yönəldilir. Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Bundan başqa, kraudfandinq layihə yaradıcılarına öz təşəbbüslərini asanlıqla yaymaq və ucuz şəkildə geniş auditoriyaya çatmaq imkanı verir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.
Məqsədimiz öz icmasında, məhəlləsində, şəhərində və ölkəsində fərq yaratmaq istəyən fərdləri, qadınları, gəncləri, vətəndaş fəallarını, sosial sahibkarları və icma liderlərini gücləndirməklə Gürcüstanda müsbət dəyişiklikləri təşviq etməkdir. Biz başa düşürük ki, bir çox sosial təşəbbüslər, innovativ ideyalar, ixtiralar və sosial müəssisələr çox vaxt maliyyə dəstəyinin çatışmazlığından əziyyət çəkirlər. Lakin, biz qəti şəkildə inanırıq ki, ölkəmizdə cəmiyyətin yaxşılaşdırılması üçün möhkəm və faydalı ideyaları təbliğ etməyə hazır olan çoxlu sayda insan var. “Orbeliani Meti” platformasının məqsədi , məhz, onları əlaqələndirməkdir. Biz insanlara öz ideyalarını reallığa çevirmək üçün maliyyə resursları əldə etməyə kömək edirik. Eyni zamanda, sosial məsuliyyətin yüksəlməsinə dəstək olur və kraudfandinqin rolu haqqında insanları maarifləndiririk. Güclərimizi birləşdirməklə biz sosial, innovativ ideyaların inkişaf etdiyi və insanların həm öz icmalarını, həm də bütövlükdə cəmiyyəti yaxşılığa doğru dəyişmək imkanlarına malik olduğu bir ekosistem yaratmağa çalışırıq.
Q(Q)HŞ “Orbeliani Gürcüstan” – Bizim məqsədimiz sosial təşəbbüsləri dəstəkləməkdir ki, hər bir vətəndaş öz icmasının/cəmiyyətinin həyatını yaxşılığa doğru dəyişmək imkanı əldə etsin. Son illər ərzində “Orbeliani” onlayn platforması (app.orbeliani.net) vasitəsilə çoxlu zəruri, praktik və innovativ ideyalar beynəlxalq və donor təşkilatlar tərəfindən maliyyələşdirilib. Hər bir təşəbbüs müstəqil şəkildə yaradılır və onun arxasında ictimai rifah uğrunda mübarizədə birləşən sadə insanlar dayanır. 2015-ci ildən bu günədək Orbeliani təşəbbüslər üçün donorların dəstəyi ilə 1.000.000 laridən çox vəsait ayırmışdır. Bu donorlar aşağıdakılardır: UNDP, SIDA, Çexiya Səfirliyi, Hollandiya Səfirliyi, EWMI Access proqramı. “Orbeliani Gürcüstan” populyarlığı artır və eyni zamanda, kiçik addımlarla ətraf mühiti yaxşılığa doğru dəyişmək istəyən motivasiyalı insanların sayı da artır, lakin beynəlxalq donorlar tərəfindən verilən maliyyə resursları həmişə kifayət etmir, ona görə də insanlara onlar üçün maraqlı olan və istədikləri ideyaları maliyyələşdirmə imkanı vermək qərarına gəldik. “Orbeliani Meti” Kraudfandinq platforması məhz buna görə yaradılmışdır. 2015-ci ildə Gürcüstanda ilk kütləvi maliyyələşdirmə platforması olan Orbelianimeti.ge yaradıldı. Orbelianimeti.ge birgə maliyyələşdirmə prinsipi ilə işləyir və gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara öz ideyalarını reallaşdırmağa, layihələrinin və sosial təşəbbüslərinin həyata keçirilməsi üçün kifayət qədər maliyyə əldə etməyə kömək edir. Platforma vasitəsilə ideya müəllifləri layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə beynəlxalq təşkilatlardan və ya özəl sektordan toplanan “Orbeliani Meti” vəsaitləri hesabına qarşılanacaq.