Sehrli Ekran

short desc

Description

Hər birimiz uşaqlıqdan gəlirik və bu, həyatımızın ən rəngarəng hissəsidir, lakin hamının uşaqlığındakı rənglərin sayı bərabər deyil… Duşeti rayonunun Ebnisi adlanan kiçik kəndində 6 uşaq oxuyan bir dövlət məktəbi var. Şagirdlərin az olduğuna görə bu məktəb 2010-cu ildən  qonşu kəndin, Cilurti dövlət məktəbinin tabeliyinə keçib və bu gün həmin adı daşıyır. Kəndlilər uşaq olmadığından Ebnisidə məktəbin tamamilə bağlanacağından qorxurlar. Axı bu kənddə miqrasiyanı dayandıran yeganə obyektdir. Yeniyetmələrin heç bir dərnəyə, idrak və əyləncə vasitələrinə əlçatanlığı yoxdur, ona görə də gənclər nadir hallarda öz kəndlərinə qayıdırlar və heç kim uşağını bu kəndin məktəbinə aparmır.

Kiçik kontingentli olduğuna görə məktəbin büdcəsi məktəb üçün lazım olan resurların, məsələn, avadanlıqların – leptopun, proyektorun və s. alınmasını təmin edə bilmir. Mənim məqsədim bu kiçik kəndin uşaqlarının həyatını bir az da olsa işıqlandırmaq və kinosevərlər klubu yaratmaqdır, orada filmlər nümayiş olunacaq, bundan sonra diskussiya keçiriləcək, uşaqlar baxdığı filmləri müzakirə edəcəklər və s. Hava yaxşı olanda film açıq havada nümayiş etdiriləcək və burada cəmiyyətin başqa nümayəndələri də iştirak edə biləcəklər. Bu layihə nəinki təkcə uşaqların intellektini artıracaq, təfəkkür bacarıqlarını inkişaf etdirəcək, həm də kənd sakinlərinə fayda verəcək, ona görə ki, bu onlar üçün faydalı bir istirahət üsulu olacaq. Kənd həyatı artıq onlar üçün darıxdırıcı bir rutin olmayacaq. Bunun üçün sizin köməyinizə ehtiyacım var – sən Ebnisili uşaqların həyatını rəngləndirə bilərsən!

Reviews

There are no reviews yet.

Be the first to review “Sehrli Ekran”

Your email address will not be published. Required fields are marked *