გაეცანი იდეებს მეტი ჩვენზე
ENG | ARM | GEO | AZ

Qeyri-adi oyun- kino

კამპანიის შინაარსი

Oyun-kino yaradılması ideyası xüsusi ehtiyacları olan 20 yaşlı Tokoya (Tornike İaşviliyə) məxsusdur. Məkanımızda “Billy Elliot” filminə baxdıqdan sonra Toko öz yaxınlarını məkanımıza dəvət etmək, bizimlə birlikdə film seçmək, stolüstü və onlayn oyunlar oynamaq arzusunu bölüşdü. Bir neçə görüş təşkil edə bildik: biletlər, popkorn, limonad hazırladıq, qonaqlar dəvət etdik. Lakin maddi və kadr çatışmazlığı səbəbindən bu film nümayişlərinə sistemli xarakter verə bilmədik. Öz yaşındakı bir çox fiziki məhdudiyyətli şəxslər kimi,  Toko üçün də   maddi və sosial müstəqilliyə nail olmaq çox çətindir.Artıq təşkilatımızda layihənin həyata keçirilməsi üçün lazım olan avadanlığın kiçik bir hissəsi, eləcə də fiziki məhdudiyyətli şəxslərə işi tam öyrənməyə kömək edəcək mütəxəssislər var. Lakin, ideyanı tam həyata keçirmək üçün öz resurslarımızdan əlavə, istifadəsi çox asan olan aşağıdakı avadanlıqlara ehtiyacımız var: popkorn aparatı, səs gücləndiriciləri və xüsusi stullar. Dəstəyinizlə yaradılacaq oyun-kino məkanı müxtəlif qabiliyyətlərə, sosial və iqtisadi statusa malik insanların yaxşı vaxt keçirə, yeni insanlarla tanış ola, maraqlarını bölüşə, yeni hadisələr haqqında düşünə və sadəcə əylənəcəyi/əlaqədən həzz ala biləcəyi inkluziv məkan olacaq. Biz əminik ki, zaman keçdikcə Tokonun Oyun-kinosu çoxlarının sevimli məkanına çevriləcək.