Öyrənməyin kökünü şirin edək

short desc

Description

Mən müəlliməm, kitab və lövhə  mənə “qanad açmağa” imkan vermir, sizin dəstəyinizlə daha böyük işlər görəcəyəm!

  Sinif otağında məkan təsəvvür edin. elə bir məkan ki, rəflərdə kitablar gözəl-gözəl düzülmüşdür, onları evə aparıb oxumaq üçün deyil,  götürüb müəllim və dostlarımla birlikdə oradaca rahat bir yerdə oxumaq, daha sonra personajlar, onların sehrli sərgüzəştləri haqqında danışmaq, gülmək, müzakirə etmək və anamın yanına qayıdanda bu gün maraqlı kitabla tanış olduğumu fəxrlə demək üçün….Axı belə halda öyrənmənin kökü də şirin olardı; Şagird olan zaman yuxarıda təsvir olunan mühit və vəziyyət mənim üçün qeyri-real bir dünya idi.21-ci əsrdə, hətta kosmosun belə insanlara tanış olduğu bir dövrdə, mən istəmirəm ki, şagirdlərim oxumaq üçün rahat, isti və resurslarla təchis olunmuş mühit xəyalı qursunlar.Mən Oni bələdiyyəsinin Ğar kəndində kiçik bir məktəbdə gürcü dili öyrədirəm, ibtidai sinifdə 20-yə yaxın şagird var, onlarla maraqlı və əyləncəli tədbirlər həyata keçiririk, halbuki bizdə lazımi mühit yoxdur və resurslarımız isə çox azdır. 

Zəruri resurslar olmadan qeyri-formal təhsil çətin və az effektlidir. Sinifdə yerin təşkili və təchiz edilməsi məni və şagirdlərimi çox sevindirəcək.Kiçik bir yenilik belə bizi çox sevindirir və motivasiyaya müsbət təsir edir. Rahat mühit yaratdıqdan sonra kitab klubu yaradacaq, onun çərçivəsində fəaliyyətlər, tədbirlər təşkil edəcəyəm. Zaman-zaman həm yazıçıları, həm də tanınmış müəllimləri kluba dəvət edəcəyəm, buraya təkcə məktəbimizin deyil, digər kəndlərin uşaqlarını da cəlb edəcəyik. Məktəbdəki yeni yerimiz və kitab klubu üçün resursların bir hissəsi, az sayda uşaq kitabları , şəxsi kitabxanam və noutbukum, dinamiklər var.İstədiyimiz mühiti yaratmaq üçün bizə aşağıdakı resurslar lazımdır: printer, proyektor, proyektor ekranı, stol, puflar, kitab rəfləri, xalçalar. İnanıram ki, sizin dəstəyinizlə şagirdlərimə rahat, gözəl və dinc bir mühit yaradacağam və uşaqlar bu mühitdə planlaşdırılan müxtəlif fəaliyyətlərdə məmnuniyyətlə iştirak edəcəklər.

Onlar üçün öyrənmənin kökü acı olmayacaq və meyvədə şirinlik axtarmayacaqlar.Daha çox dəstəklə məktəbimin uşaqları üçün öyrənmənin kökü də şirinləşəcək. Yeni mühitdə görəcəyim ilk iş quracağım “Atəşböcəkləri” kitab klubu olacaq və klub daxilində kitabın təbliği və savadlılığın səviyyəsini yüksəltmək üçün bir sıra tədbirlər planlaşdıracağam.

Sizin dəstəyinizlə mən daha çox işlər görəcəyəm!

Reviews

There are no reviews yet.

Be the first to review “Öyrənməyin kökünü şirin edək”

Your email address will not be published. Required fields are marked *