Ontopo kitabxanasında çoxfunksiyalı məkan yaradaq

short desc

Description

Ontopo kitabxanasının şurasının qədim və ürəkaçan tarixi var: kitabxananın əsası 1912-ci il martın 5-də qoyulmuşdur. Onun inkişafı və qorunub saxlanılmasınnın qeydinə Ontofo kitabxanasının  şura üzvləri –  Besarion, Bartlome, Badri Nadareişvili, Vladimer Çixladze, Qvrito Canturia və başqaları qalırdılar.Onların göstərdikləri səydən ruhlanaraq bir əsr sonra biz də bu ənənəyə qoşulmaq və kitabxananın inkişafına öz töhfəmizi vermək qərarına gəldik.İnanırıq ki, kitabxana məlumat əldə etmə imkanlarının yaxşılaşdırılmasında və ümumilikdə yeni imkanların yaradılmasında mühüm rol oynaya bilər.Kitabxananın təmiri kəndin həyatına yeni nəfəs gətirəcək. Müvafiq infrastruktur, zəngin kitablar və oxu sahəsi kitabxananı ictimai mərkəzə çevirəcək və yeni nəsilləri kitaba yaxınlaşdıracaq.Məqsədimiz yerli cəmiyyətin müxtəlif maraqlarına cavab verən çoxfunksiyalı məkan yaratmaqdır. Kitabxananın çoxfunksiyalı məkanında kitab anbarı, oxu zalı, təlimlər, iş görüşləri və uşaqlar üçün xüsusi məkan təşkil olunacaq. Kitabxanada müxtəlif yaşda olan insanlar üçün maraqlı tədbirlər keçiriləcək. Bunun üçün sizin köməyinizə ehtiyacımız var,  kəndimizin gələcəyi üçün bu ənənəni birlikdə yaşadaq. Bu ənənə daha yaxşı gələcəyin müjdəçisidir!

Reviews

There are no reviews yet.

Be the first to review “Ontopo kitabxanasında çoxfunksiyalı məkan yaradaq”

Your email address will not be published. Required fields are marked *