Narucinin rəqəmsal çevrilməsi

short desc

Description

Biz Ozurgeti Bələdiyyəsinin, Naruci Dövlət Məktəbinin şagirdləriyik. Biz sizə hekayəmizi və sizin köməyinizlə aradan qaldıracağımız çətinliklərdən danışmaq istəyirik. Məktəbdə sadəcə bir kompüterimiz var, o da heç düzgün işləmir.Hər bir layihə, görüş və ya sadəcə müzakirə çətinliklə həyata keçirilir. Məsələn, tutaq ki bir işimiz və onu yerinə yetirmək üçün müəyyən vaxtımız var, bu vaxt biz həmişə gecikirik, həmişə bu və ya digər faylın nə vaxt açılacağını, nə vaxt saxlanacağını və ya sadəcə silinəcəyini gözləmək məcburiyyətindəyik….Onlayn məşğələlərimiz və təlimlərimiz olanda müəllimin telefonu əldən-ələ keçir ki, bütün uşaqlar məşğul olsun və iştirak etsinlər. Zədələnmiş və nasaz kompüterləri görmək uşaqların motivasiyasını və həvəsini itirir. Bilirsiniz,  müxtəlif proqramlarla, layihələrlə, proqramlaşdırma ilə nə qədər uşaq maraqlanırdı?! Amma…

 

 

Kənd reallığında məktəb yeganə mədəni-maarif ocağıdır. O bizim, yeniyetmələrin  toplaşdığı, sosiallaşdığı məkandır. Ona görə də ən çox vaxt keçirdiyimiz bu məkanı istək və ehtiyaclarımıza uyğunlaşdırmağa çalışırıq.Bundan irəli gələrək, məqsədimiz məktəb həyatını daha maraqlı, aktiv və rəngarəng etməkdir və sizin köməyinizlə məktəbimizdə noutbuk, proyektor, televizor, printer, audio cihazları ilə təchiz olunacaq rəqəmsal otaq təşkil edə bilərik, bu isə təlim prosesini və qeyri-formal fəaliyyətləri maraqlı şəkildə təşkil etməyə imkan verəcək. Qeyd olunan layihə bizdə məktəbə aid olma hissi yaradacaq və bizdən sonrakı nəsillər artıq konkret məsələlərin görünüşünü yalnız öz xəyallarında təsəvvür etməli olmayacaqlar.Rəqəmsal məkan həmyaşıdlarımıza innovativ layihələr planlaşdırmağa və həyata keçirməyə, film nümayişləri və müzakirələr təşkil etməyə, müxtəlif sahələrdən onlayn ekspertləri dəvət etməyə və onları maraqlandıran mövzuları dinləməyə imkan verəcək. Sizin dəstəyiniz bizə #dahaçoxümid, #dahaçoxhəvəs, #dahaçox imkan və daha yaxşı gələcək bəxş edəcək!   

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Narucinin rəqəmsal çevrilməsi”

Your email address will not be published. Required fields are marked *