გაეცანი იდეებს მეტი ჩვენზე
ENG | ARM | GEO | AZ

Komli- bus – Səyyar İcma Mərkəzi

1/2

კამპანიის შინაარსი

Kaspi elə bir bələdiyyədir ki, o, uzun müddət ərzində ölkədə fəal inkişaf edən vətəndaş və ictimai iş praktikasından kənarda qalmışdır, lakin son iki ildə biz Kaspidə çoxlu fəal gənclərin,  bir çox imkanlar və reaksiya verilməli bir çox ehtiyac və problemlər olduğunu gördük. Kaspidə çoxlu problemlər mövcuddur,  lakin bəlkə də ən böyük problem mülki sektorun passivliyidir - Kaspini çox vaxt sükut şəhəri adlandırırlar, ona görə ki, cəmiyyət mövcud problemlər haqqında susur. Eyni zamanda çox vaxt Kaspi qütbləşmə və siyasi mübahisələrin mərkəzinə çevrilir.Bunun əksinə, bizə görə, gənclər üçün vətəndaş şüurunun və iştirakının inkişafı və mövcud imkanlardan istifadə imkanlarının artırılmasının qayğısına qalmaq vacibdir.Kaspidə bir sıra tədqiqatlar aparılıb. Bu tədqiqatların nəticələrinə əsasən məlum oldub  ki,:- Daha çox məkana ehtiyac var (gənclərin yığıncaqları, təlimləri, məlumat xarakterli fəaliyyətləri üçün); Və bu məkan inzibati xarakter daşımamalıdır ki, görüşlərin mövzusu siyasi baxımdan məhdudlaşdırılmasın;- Daha çox mobilliyə ehtiyac var (bir çox bələdiyyələrdə olduğu kimi Kaspidə də ictimai nəqliyyat inkişaf etməyib və hətta kəndlər arasında gediş-gəliş problemdir), daha çox insanın mövcud proqram və layihələrdə iştirak etmək imkanı olsun.Buna görə də, icma fəallığı baxımından imkan və təcrübə əldə etmiş Komlinin bazasında fəaliyyət göstərən təşəbbüs qrupu olaraq belə bir ideya irəli sürdük - Komli səyyar icma mərkəzini yaradaq. Səyyar icma mərkəzi mobil icma mərkəzi funksiyasına malik olan nisbətən böyük icarə avtomobili olacaq, "Komli Bas Bar"  müxtəlif kəndlərə gələcək və yerli ictimaiyyətə müxtəlif xidmətlər təklif edəcək:
  • -Məlumatlandırıcı görüşlər
  • -Təlimlər
  • -Konsultasiyalar
-Rekreasiya fəaliyyətləri-film nümayişi, diskussiya, kitab klubu, valideyn klubu. "Komli Bas Bar" həmçinin qonaqlara alkoqolsuz içkilər və qəlyanaltılar təklif edəcək. Sözün həqiqi mənasında, genişləndirilə bilən təlim mərkəzi olacaq.Səyyar kitabxana və təlim mərkəzi olacaq,  məsləhətlər verəcək və bu imkanları hər kəs üçün əlçatan edəcək. "Komli Bass Barın" ən azı 1 il müddətində bütün bələdiyyə miqyasında ayda 3-4 dəfə fəaliyyət göstərməsi planlaşdırılır.Komli Bas Barın əlavə funksiyaları aşağıdakılardır:
  • -Yerli icmanın ehtiyaclarını/çağırışlarını araşdıracaq və onlara dəstək ola biləcək icma fondunu təşviq etmək. icmanın ehtiyaclarına yönələcək; həmçinin "bas bardan" istifadə edərək Komli çərçivəsində ilk icma fondunu yaradacağıq;
  • -Zəruri vaxtlarda nəqliyyat - icma taksisi - buna ehtiyac olduqda, bas bar iştirakçıları gətirib-aparacaq;
  • -Festival Basbar - Səyyar icma mərkəzimiz həmçinin il ərzində müxtəlif növ festivallarda iştirak edəcək, həmçinin müxtəlif icma yığıncaqları da planlaşdırılmışdır. Bu yığıncaqlarda fon üçün əlavə vəsait toplanılacaq.