Gəlin birlikdə Marneulili qadınların sağlamlığının qeydinə qalaq

short desc

Description

 

 

Kənd yerlərində yaşayan qadınlar çəkdikləri zəhmət və çətin sosial mühitdən irəli gələrək sağlamlıq problemləri ilə üzləşirlər. Yerli səviyyədə onlar üçün həkim əlçatan deyil, kəndlərdə ambulatoriyalar ləğv edilib. Dil maneəsi, nəqliyyatın olmaması və xidmətlərin yüksək qiyməti qadınlar üçün yeni maneələr yaradır. İqlim dəyişikliyi və bir sıra xəstəliklər onların səhhətinə daha da ciddi təsir edir.Xalq müdafiəçisinin məruzəsində oxuyuruq ki, “Psixi sağlamlıq problemi olan qadınlar xəstəliklərin erkən aşkarlanması üzrə dövlət skrininq proqramına daxil edilmir (hepatit C skrininqi istisna olmaqla). Xüsusilə də döş və uşaqlıq boğazı xəənginin dövlət skrininq proqramı ilə nəzərdə tutulan tədqiqatlarına əlçatanlıq problemlidir.”Qadınların reproduktiv sağlamlığının qayğısına qalmaqla bağlı büdcə təşəbbüsü dəfələrlə Marneuli meriyasına göndərilsə də, nəzərə alınmayıb. Pandemiyadan əvvəl Marneuli bələdiyyəsinin bir sıra kəndlərində qadınlara exoskopiya müayinəsi aparıldı ki, bu da onlar üçün böyük yaxşılıq idi.Layihənin məqsədi və ideyası qadınlara yardım etmək, onları reproduktiv sağlamlıqla bağlı maarifləndirmək, məcburi testləri əlçatan etmək və qadınlar üçün mövcud olan resurslar haqqında məlumatlılığı artırmaqdır. Həmçinin proqrama cəlb olunan qadınlar vasitəsi ilə yerli bələdiyyənin sosial proqramında qadınların reproduktiv sağlamlığını prioritet etməkdir.Bu proqram Marneuli Bələdiyyəsində həyata keçiriləcək. Proqram çərçivəsində kənd yerlərində yaşayan qadınlar üçün PAP testlərinin verilməsi və ginekoloji konsultasiyalar təmin ediləcək. Onlara Tbilisidəki Dövlət Skrininq Mərkəzində müvafiq xidmətlər göstəriləcək və biz onların daşınmasını təşkil edəcəyik.Marneulidə kənd yerlərində yaşayan qadınların 90%-nin PAP test və skrininq mərkəzi haqqında məlumatı yoxdur.PAP testi xəəngdən əvvəlki mərhələdəki dəyişiklikləri aşkar edən sadə və effektiv testdir.Müalicə taktikasının düzgün seçilməsi nəticəsində bu dəyişiklikləri tamamilə aradan qaldırmaq olar. PAP testindən sonra orqanizmlərində nə baş verdiyini biləcəklər. Ağır və orta vəziyyət yaranıbsa, onlar, dərhal müalicəyə başlaya və ya həkimin məsləhətlərini nəzərə ala biləcəklər.Bu, regionda qadınların sağlamlığı haqqında məlumatlılığın artırılmasına və digər qadınların da maarifləndirilməsinə kömək edəcək.Proqramda 1000-dən çox benefisiar iştirak edəcək və 6 ay müddətində həyata keçiriləcək.

Reviews

There are no reviews yet.

Be the first to review “Gəlin birlikdə Marneulili qadınların sağlamlığının qeydinə qalaq”

Your email address will not be published. Required fields are marked *