Flavidən olan uşaqlar üçün bilik guşəsi yaradaq

short desc

Description

 

Mən Tea Xuroşvili, sərhəd kəndi məktəbində dərs deyən müəlliməm. Pəncərələrindən yenicə ucaldılan, sərhəd işarələri qeyd olunmuş, banerlər, tikanlı məftillər görünən kənd məktəbində… İşğal xəttində tutulan insanlar haqqında tez-tez hekayələr eşidilən kənddə. Şagirdlərinin gözlərində sosial problemlərlə yanaşı, sabahkı günün qorxusu və gərginliyi oxunan məktəbdə. Gözünlə görməyincə, işğal xəttində yaşamağın necə olduğunu, münaqişə zonasında yaşamağın nə demək olduğunu dərk etmək çətindir. Bunların hamısını nəzərə aldıqda, biz müəllimlərin üzərinə müasir çağırışların öhdəsindən gəlmək, belə bir mühitdə gənclərin təlim və inkişafına dəstək olmaq kimi böyük bir missiya düşür. Elə bir mühitdə ki, maddi-texniki baza yetərsiz olduğu üçün bütün şagirdləri təlimə və dərsdənkənar fəaliyyətlərə tam cəlb etmək çətindir. Bundan irəli gələrək, təlim-tədrisin keyfiyyətini yüksəltmək və qeyri-formal təhsili təbliğ etmək üçün məktəbdə istifadə olunmayan sakit bir məkanı “bilik guşəsini” təşkil/ təchiz etməyi qarşıma məqsəd qoydum. “Bilik guşəsi” şagirdlərimiz üçün, həqiqətən, cəlb edici olacaq, onların məhsuldarlığını və potensialını reallaşdırmaq üçün ən yaxşı məkana çevriləcək. Bu məkan onların istək və ehtiyaclarına uyğunlaşdırılacaq. Onlar qeyri-formal təhsil metodları ilə məşğələlər, stolüstü oyunlar, xarici dil danışıq klubu, kinoklub və s. kimi fəaliyyətləri həyata keçirə biləcəklər. Müxtəlif sahələrdən qonaqları dəvət edib onlara ev sahibliyi etmə, onlar üçün maraqlı olan mövzulara qulaq asma və müzakirə etmə imkanı əldə edəcəklər. Onu da nəzərə almaq lazımdır ki, kənd rayon mərkəzindən , demək olar ki, 28 kilometr aralıda yerləşir. Məktəb kəndin yeganə mədəni-maarif mərkəzidir ki, bu da bizim və yeniyetmələrin toplaşma və sosiallaşma yeridir. 

“Orbeliani Meti” artıq bizim ideyamıza qanad verib, indi növbə səndədir! Flavidən olan uşaqlara “Bilik Guşəsi” yaradaq, çünki bilik azadlıqdır!!!

Reviews

There are no reviews yet.

Be the first to review “Flavidən olan uşaqlar üçün bilik guşəsi yaradaq”

Your email address will not be published. Required fields are marked *