Description
Biz kimik?
Biz 14-30 yaş arası 50-dən çox gəncik. Gürcüstanın ikinci böyük kəndi olan Martkopidə yaşayırıq.İndiyə qədər kəndimizdə heç bir ictimai təşkilat yox idi. Bu elə bir yerdirki, burada Hərtərəfli inkişaf edə, yaxşı iş görməyi öyrənə, həm kəndinizə, həm də dünyaya fayda verəbiləcəksiniz.
Məkanımız – daha yaxşı gələcək üçün
Biz daha yaxşı gələcək yaratmaq üçün şəraitə ehtiyacı olan gənclərik! Bir İl yarım əvvəl biz mərkəzin konsepti üzərində düşünməyə başlayanda 2 nəfərdən ibarət komanda idik, indi isə 50-dən çoxuq. Bütün bu müddət ərzində öz məkanımız olmadan işləyirdik, yaxşı havada parklarda, qışda mədəniyyət evinə və ya məktəblərə sinif otaqlarını bizə güzəştə getmələrini xahiş edirdik.Elə vaxtlar olurdu ki, məkan tapa bilmirdik və istilik sistemi olmadan soyuqda təlimlər və görüşlər keçirirdik, tez-tez işimizi küləkdə və yağışda görürdük. Bütün bunlara, resurslarımızın daşınmasında yaşadığımız çətinliklər də əlavə olunurdu. İrəli-geri aparmaq əşyalarımızı və stolüstü oyunlarımızı zədələyir. Bəzən də ağır çantalarımızı daşımaqda çətinlik çəkirik.
Buna görə də bütün bu müddət ərzində zəruri əşyaları yerləşdirəcəyimiz, öz kompüterimizə və printerimizə sahib olacağımız məkanımız olmasını xəyal edirdik (onu da qeyd etmək lazımdır ki, yaşadığımız kənddə rerursları çap edə biləcəyimiz kompüter xidməti yoxdur).
Bələdiyyənin dəstəyi ilə tezliklə təmirli otağımız olacaq, biz buranı gəclərin ofisinə çevirmək istəyirik. Boş divarlara funksiya vermək üçün bizə texnika və infrastruktur lazımdır. Bizə aşağıdakılar lazımdır: kompüter, printer, rəflər, şkaf, proyektor ekranı və s.
Yuxarıda sadalanan texniki təchizat və avadanlıq bizə artıq öz məkanımızda qeyri-formal təhsil metodları ilə təlimlər , stolüstü oyunlar, ingilis dilində danışıq klubu, kino axşamları və s. təşkil etmək imkanı verəcək.Ən əsası odur ki, biz böyüklərin bizim üçün nə zaman tədbirlər planlaşdıracağını gözləmirik, özümüz fəaliyyətin təşəbbüskarı və təşkilatçılarıyıq – burada biz bunu etməklə öyrənirik.
Reviews
There are no reviews yet.