Çempiyon yetişdir

short desc

Description

Tsvirmi kəndi Zemo Svanetidə, Qafqazın qarlı dağları arasında yerləşir. Bu kiçik, gözəl kəndə çatmaq üçün Mestiadan 18 kilometr məsafə qət etməlisən. Gürcüstanın digər gözəl kəndləri kimi Tsvirmi kəndini də  gənclər yavaş-yavaş  tərk edir.

 

 

 

 

 İdeyamızın məqsədi Tsvirmi uşaqları üçün yalnız böyük şəhərlərdə mövcud olduğunu düşündükləri inkişaf imkanları yaratmaqdır. Bu xoş xəbərdə köməyinizə ehtiyacımız var! Tsvirmi kəndi ilin təxminən altı ayı güclü qarla örtülür və bu müddət ərzində Tsvirmi gəncləri daha aktiv şəkildə sağlam həyat tərzi keçirə bilmirlər. Yeganə stadion qarla örtülüdür, kənddə qız və oğlanların qışda, hətta yayda məşq edə biləcəyi meydan və ya infrastruktur yoxdur. Ona görə də biz Tsvirmi dövlət məktəbini idman avadanlıqları ilə təchiz etmək qərarına gəldik. Biz idmanı gənc qızlar və oğlanlar üçün ən sevimli dərslərdən birinə çevirmək istəyirik ki, burada onlar idman etmək, əylənmək və dincəlmək imkanı əldə edəcəklər.Aktiv həyat tərzinin insanı xoşbəxt hiss etdirdiyi elmi şəkildə sübut olunub. Bundan əlavə, aktiv idman edənlər ürək problemləri, şəkərli diabet və digər təhlükəli xəstəliklərdən daha az əziyyət çəkirlər. Sağlam həyat tərzi qadın və kişilərə bərabər fayda gətirir. Məhz ona görə biz Tsvirmi dövlət məktəbini seçdik ki, qızlar və oğlanlar idman dərsləri zamanı avadanlıqdan bərabər şəkildə istifadə etsinlər, dərsdən sonra isəəllimlər idman edə bilsinlər. İdeyanı həyata keçirmək üçün biz  təxminən 10.000 lari toplamalıyıq. Toplanan pulla almaq istədiyimiz avadanlıqlar aşağıdakılardır: ağır atletika trenajoru, press simulyatoru, velosiped trenajoru, qaçış yolu, kompleks simulyator, “qantellər”, olimpiya ştanqları, stolüstü tennis, futbol, basketbol topları və digər köməkçi idman ləvazimatları. Məktəb rəhbərliyi tərəfindən məktəblilər vəəllimlər üçün idman zalı təşkil olunacaq xüsusi otaq ayrılıb.İdeya reallaşarsa, 44 gənc üçün idman və sağlam həyat tərzi gündəlik iş rejiminə çevriləcək. Bunlardan 26-sı şagird (15 qız, 11 oğlan), 18-i isə məktəb işçiləridir (12 qadın, 6 kişi). Kim bilir Tsvirmi neçə-neçə gələcək olimpiya çempionunu gizlədir! Onları kəşf etməyimizə kömək edin! Gəlin birlikdə Gürcüstanın gözəl kəndlərində həyatı daha rəngarəng və canlı edək!

Reviews

There are no reviews yet.

Be the first to review “Çempiyon yetişdir”

Your email address will not be published. Required fields are marked *