Autizmli insanlara gələcək hədiyyə et

short desc

Description

Ətrafınızda çoxlu müxtəlif insanlar yaşayır…Məsələn, autizm spektri olan insanlar. Onlar sanki cəmiyyət üçün görünməzdirlər, lakin burada, sənin yanındadırlar.Sizinlə ünsiyyət qurmaq istəyirlər, ancaq bilmirlər necə?  Onlar ictimai həyatda tam iştirak etmək istəyirlər, lakin bunun üçün onlara kömək lazımdır – sizin, bizim, hər kəsin köməyi… Onların zəkaları imkan verir ki, hamı üçün faydalı, bəzən isə adi ağıl üçün tamamilə xüsusi, qeyri-mümkün olan bir şey yaratsınlar.Beləliklə, gəlin onlara kömək edək. Edək ki, həyatlarını daha dolğun, maraqlı yaşasınlar, potensiallarını reallaşdıraraq xoşbəxt olsunlar, onlara həyatlarını daha dolğun yaşama şansı verək.

Biz, valideynlər autizmli yeniyetmələr və yetkin insanlar üçün Milli Autizm Mərkəzi “Rəngli Şəhəri” inşa etmək üçün fond yaratdıq. burada onlar müstəqil yaşamaq üçün lazım olan bacarıqlara yiyələnəcəklər. Milli Autizm Mərkəzi valideynlərin daim verdiyi “Məndən sonra nə olacaq?” sualına cavabdır.Biz autizmli yeniyetmələr üçün şərait yaratmağa çalışırıq ki, bizdən sonra onlar müstəqil yaşasınlar, inkişaf etsinlər, dolğun həyat sürsünlər. Əks halda onlar evə qapanacaqlar. Fəaliyyətsiz, ağır həyat sürəcələr, çünki ölkədə bu məqsədlərə xidmət edən heç bir qurum yoxdur. Halbuki bir dəfə artıq alınıb…Biz beynəlxalq səviyyədə tanınan Amerika modelinə uyğun olaraq ölkədə ilk autizmli uşaq mərkəzini yaradan valideynlərik. İndi ölkədə çoxlu mərkəzlər var, bizim modelimizlə açılıb, uşaqlara xidmət göstərilir. Yeniyetmələr üçün isə hələ heç nə yoxdur… və biz yenidən eyni yolu getməyə başlayırıq, indi yeniyetmələr üçün… və biz uğur qazanacağımızı bilirik, çünki əvvəlki kimi yenə dəstəyinizə arxalanırıq…İndi bu böyük kompleksin artıq tikilmiş iki kotecini təchiz etmək üçün sizin dəstəyinizə ehtiyacımız var ki, biz yeniyetmələr üçün proqrama başlaya bilək..

Hal-hazırda hər bir xidmətdən məhrum qalan və buna görə qazandıqları bacarıqların geriləməsi təhlükəsi ilə üzbəüz olan yeniyetmələr üçün… 

Bu iki  kottecdə başlayan tədris proqramı 2010-cu ildə Gürcüstanda ilk uşaq autizm mərkəzində biz, valideynlər tərəfindən  başlanan yolun davamı olacaq. Pandemiya bizə bu yeni xidmət olmadan uşaqlarımızı necə böyük çətinliklər və rəngsiz həyatlar gözlədiyini daha aydın göstərdi…

Biz sizin dəstəyinizlə bu yolu getməyə davam edirik və bilirik ki, siz uşaqlarımızı tərk etməyəcəksiniz…

#მეაქვარ! #შენსადხარ?!

Reviews

There are no reviews yet.

Be the first to review “Autizmli insanlara gələcək hədiyyə et”

Your email address will not be published. Required fields are marked *