Aremare – Eko-dost Məkan

short desc

Description

“Qocalanda mütləq kənddə, sakitlikdə yaşayacağam”.

 Bu fikir qocalmadan özümə bu haromaniyanı yaratmaq üçün izacə verənə qədər uşaqlığıımdakı yayların, kənddə keçən xoşbəxt dəqiqələrimin sədası, mənim və ətrafımdakı insanların tez-tez işlətdiyi fraza idi.Bu motivasiya ilə 4 il əvvəl 26 yaşımda kəndə köçdüm. Tərk edilmiş ağacların və bir quyunun olduğu torpağa. Nə dam, nə ev, nə isti su, nə işıq, nə də ən əsası təcrübə yox idi.Bu təcrübəni yaşamaq üçün yer belə yox idi.Dəqiq bildiyim o idi ki, mən təbiətlə mübarizə edərək deyil, onunla əməkdaşlıq edərək müşahidə etməli, öyrənməli və hərəkət etməliyəm. Məhz bu müşahidə və əməkdaşlıq sayəsində ekoloji təmiz həyat tərzi əldə etdim.

Haradan başlayaq?  

Özünü təmin etmək mümkündürmü? Eko-dost həyat tərzi davamlı və funksionaldırmı? Təbiətlə əməkdaşlıq etmək və bunun sayəsində  insan əməyinə və müdaxiləyə ehtiyacı azaltmağın yolları mövcuddurmu? Şəhər şəraitində belə eko-dost həyat tərzi yaşamaq mümkündürmü? Mən “Aremareni” yaratmağa başlayarkən məlum oldu ki,  bu suallara cavab almağın yeganə yolu təcrübədən keçmək, bütün bunları öz əllərim və səylərimlə etmək idi. Hal-hazırda cavablar, nəticələr və müvəffəqiyyət açıq-aydındır. Və bu təkcə mənim üçün deyil:Bunda ən yaxşı xəbər odur ki, Aremare bu bilik və təcrübəni yayan, nümayiş etdirən və təcrübə verən yer, sosial eko-dost məkan ola bilər, burada istirahətlə birlikdə öyrənmək də mümkün olacaq.

Sosial məkan – demo plot

“Aremarenin” lokasiyası, Tbilisidən 30 dəqiqəlik məsafə, sakit həyət və mənim təcrübəm bu məkanın çoxfunksiyalı məkan və eko-dost həyat tərzinin nümayişi üçün möhtəşəm birləşmədir.Ötən illərdə burada vörkşoplar, , əyləncəli və maarifləndirici tədbirlər, uşaq düşərgələri təşkil olunub. Yazdan etibarən biz müxtəlif yaş qrupları üçün mütəmadi olaraq idrak fəaliyyəti, sosial tədbirlər, master klasslar və vörkşoplar, ekoterapiya günləri, uşaq həftə sonu  məktəbi və eko düşərgələri planlaşdırırıq. Bu fəaliyyətləri həyata keçirmək üçün fiziki məkan hazırdır, lakin daha çox effektivlik və nəticə əldə etmək üçün onu dəzgahlarla və texnika ilə təchiz etmək lazımdır. Məslən:vörkşoplar üçün alətlər, bar və mətbəx üçün kiçik dəzgahlar və düşərgələr üçün kamping ləvazimatları.Bu fəaliyyətlər nəticəsində regenerativ yanaşmaları və ekoloji maarifləndirmə perspektivini gündəlik həyatımıza daxil etməklə inanıram ki, biz həm təbii mühitin qorunub saxlanması və yaxşılaşdırılması,insanların və xüsusilə gələcək nəsillərin fiziki və mental-emosional sağlamlığının qayğısına qala biləcəyik.

 

Məni hərəkətə keçirən əsas qüvvədə budur:sülh mənim həyatımın əsas xəttini başqaları və xüsusən də uşaqlarla ahəngdar bir həyatı bölüşmək fürsətidir.

Reviews

There are no reviews yet.

Be the first to review “Aremare – Eko-dost Məkan”

Your email address will not be published. Required fields are marked *