orbelianimeti.ge Gürcüstanda 2015-ci ildə yaradılmış ilk kütləvi maliyyələşdirmə platformasıdır. Platformanın məqsədi sosial layihələrin həyata keçirilməsini dəstəkləmək, maraqlı layihələr həyata keçirmək, öz şəhərini və ya bölgəsini dəyişmək və ya daha yaxşı etmək məsuliyyəti və arzusu olan insanlara kömək etmək və onları həvəsləndirməkdir. Həmçinin, Gürcüstanda kraudfandinq mədəniyyətini tətbiq etməkdir. Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir.

Orbeliani Meti platformasında “ideyalar müsabiqəsi” davam edir . Bu isə o deməkdir ki, hər bir Gürcüstan vətəndaşı konkret mövzuya və ya cəmiyyətin rifahına yönəlmiş öz təşəbbüsünü göndərə bilər.

“İdeyalar müsabiqəsi” 2020-ci ildən USAI D-in Vətəndaş Cəmiyyətinin Məşğulluq Proqramı çərçivəsində keçirilir və çalışır ki, gənclərə, vətəndaş fəallarına, sosial sahibkarlara və ya sadə vətəndaşlara öz layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti əldə etməyə birgə maliyyələşdirmə prinsipi ilə kömək etsin.

İdeya müəllifləri platforma vasitəsilə layihə üçün istədikləri məbləğin 30%-ni toplaya bilərlər, 70%-i isə “Orbeliani Metinin” donor təşkilatı tərəfindən qarşılanır. Onlar 2 ay ərzində platformada kraudfandinq kampaniyası keçirə və yad adamların köməyi ilə öz təşəbbüslərini reallaşdıra biləcəklər.