Kütləvi maliyyələşdirmə eyniylə Crowdfunding insanlara öz ideyalarını reallığa çevirməyə, layihələrini və sosial təşəbbüslərini həyata keçirmək üçün kifayət qədər maliyyə əldə etməyə kömək edən prinsipdir.

Kütləvi maliyyələşdirmənin (Crowdfunding) əsas ideyası bir çox insanın birgə səyləri və fəal iştirakı ilə ümumi layihələrin həyata keçirilməsidir! Kraudfandinqin üstünlüyü ondan ibarətdir ki, bankların, müxtəlif fondların və birjaların iştirakı olmadan maliyyə əldə etmək mümkündür. Bu, fərdlərə və təşkilatlara müstəqil şəkildə layihələr həyata keçirməyə imkan verən yüksək səviyyəli demokratik üsuldur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, sizə onlayn məkanda çoxlu sayda potensial maliyyəçilərə ideyanızı təqdim etmək imkanı verir.

Crowdfunding cəmiyyətə xeyir gətirəcək ideyanızla mümkün qədər çox insanın maraqlanmasına imkan verir. Kütləvi maliyyələşdirmənin bir neçə növü mövcuddur: ianəyə əsaslanan kütləvi maliyyələşdirmə layihəniz üçün dəstəkçilərdən ianə toplamağı nəzərdə tutur. Həvəsləndirməyə əsalanan kraudfandinq zamanı layihə müəllifi ianəçiyə təşəkkür etmək üçün simvolik hədiyyə bağışlayır. Paya əsaslanan kütləvi maliyyələşdirmə zamanı ianəçi göstərdiyi dəstəyin əvəzində şirkətdən müəyyən faiz alır.Və nəhayət, layihə müəllifinin müəyyən müddətdən sonra ianəni geri qaytarmağı öhdəsinə götürdüyü kreditə əsaslanan maliyyələşdirmə.

Seçdiyiniz kraudfandinq növü layihənizin ehtiyaclarından asılıdır. Əgər reallığa çevirmək istədiyin ideyan varsa və ya dəyərli bir şeyin hissəsi olmaq və ianə ilə hansısa regionu gücləndirmək istəyirsənsə, kütləvi maliyyələşdirmə platforması məhz bu imkanları təmin edir!

Kəndinin və ya şəhərinin problemləri səni narahat edir? İcmanın həyatını yaxşılığa doğru dəyişmək istəyirsən?

Əgər vaxtın, enerjin, yaradıcılığın və ideyan varsa, blogger, İT mütəxəssisi, memar, tələbə, müəllim, jurnalist, dövlət qulluqçusu, rəssam, dizayner, sahibkar və ya sadəcə fəal vətəndaşsansa,icmanın, kəndinin, şəhərinin, rayonun küçələrinin, məktəbin, bağçanın, parkın, gənclərin həyatının necə dəyişdiyini görmək üçün səbrlə gözləmək istəmirsənsə, o zaman icmanın həyatını yaxşılığa doğru sən dəyiş!

“Orbelianinin” ideyalar müsabiqəsi dəyişikliklərə doğru atılan bir addımdır!

İdeyanı platformamızda təqdim et –  icmanda/kəndində/şəhərində nəyi dəyişmək istəyirsən. İştirak etdikdən sonra:

İdeyan müsabiqənin münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək;

Qalib olsan ideyan üçün maliyyə alacaqsan!

Sənaye mütəxəssisləri və tərəfdaşlarının köməyi ilə ideyanı inkişaf etdirəcəksən;

Advokatlaşdırma və icma səfərbərliyi təlimlərində iştirak edəcək və digər fəallarla tanış olacaqsan;

İdeya reallaşarsa, uğurunu digər startap layihəsi müəllifləri ilə bölüşə biləcəksən!

 

Ekologiya, yaşıllaşdırma, nəqliyyat və mobillik, təhsil və gənclərin məşğulluğu, məkan inkişafı və ya mədəniyyət.

Sənin ideyan hansına toxunur?

Gürcüstan miqyasında hər kəs, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər.

İdeyaları təqdim etmək platformada qeydiyyatdan keçdikdən sonra mümkündür.

Verilmiş feysbuk səhifəsində müsabiqə haqqında daha çox məlumat axtara bilərsiniz– Orbeliani Meti • ორბელიანი მეტი

Əlavə məlumat əldə etmək üçün feysbuk və ya verilmiş el-poçt ünvanımıza yaza bilərsiniz– [email protected]